Azərbaycanda son zamanlar yayılan xəstəlik NƏDİR? – Həkim GÖZLƏNİLƏN TƏHLÜKƏLƏRDƏN danışdı

Azərbaycanda son zamanlar yayılan xəstəlik NƏDİR? – Həkim GÖZLƏNİLƏN TƏHLÜKƏLƏRDƏN danışdı

Hazırda oxunan: Azərbaycanda son zamanlar yayılan xəstəlik NƏDİR? – Həkim GÖZLƏNİLƏN TƏHLÜKƏLƏRDƏN danışdı

590684

Son aylarda virus və bağırsaq infeksiyalarının artması və ilə bağlı çoxsaylı şikayətlər var.

Cəmiyyətdə narahatlıq doğuran əsas məqamlardan biri isə qarşıdakı dövrdə yeni virusların meydana çıxıb-çıxmayacağıdır.

Bəs müşahidə olunan viruslar əvvəlkilərdən daha ağır klinik gedişə malikdirmi? Virusların mutasiyaya uğraması hazırda nə dərəcədə aktualdır və bizi nə gözləyir?

Bizim.Media xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov mövzu ilə bağlı Oxu.Az-a açıqlama verib.

O bildirib ki, qrip və digər kəskin respirator infeksiyalar üçün fəsillilik xarakterikdir:

"Payız-qış aylarında hər il bu infeksiyaların artımı müşahidə olunur. Viruslara yoluxmanın çoxalmasına mövsümi amillər - havanın temperaturunun azalması, quru hava şəraiti, insan immunitetinin təbii zəifləməsi, gün işığının və D vitamini sintezinin azalması, qida ilə vitaminlərin daha az qəbul edilməsi və digər faktorlar təsir göstərir.
 

Hazırda daha çox rastlanan infeksiya mövsümi A qripidir. Fevral ayından bu infeksiyanın yayılmasının pik dövrü müşahidə olunur. Ümumilikdə, yaz aylarına doğru qripə yoluxma hallarının azalacağı proqnozlaşdırılır. Bununla yanaşı, müxtəlif digər kəskin respirator virus infeksiyaları da oxşar klinik mənzərə ilə müşahidə edilir.


Hazırda daha çox yayılan A qripinin əvvəlki illərdə rast gəlinən qrip virusları ilə müqayisədə daha ağır xəstəlik törətməsinə dair sübut yoxdur. Lakin qrip infeksiyası risk qrupuna daxil olan şəxslərdə adətən, daha ağır və fəsadlı keçir".

Mütəxəssis qeyd ediblər ki, uşaqlar, yaşlılar və xroniki xəstəlikləri olan şəxslər qripin ağır gedişi baxımından risk qrupuna daxildirlər:

"Qrip virus infeksiyası digər kəskin respirator virus infeksiyaları ilə müqayisədə, xüsusilə risk qruplarında daha təhlükəlidir. Qrip viruslarının mutasiyaya uğraması təbii prosesdir. Bunun nəticəsində viruslar qazanılmış immunitetdən qismən yayına bilirlər. Lakin bu mutasiyalar köklü xarakter daşımır və yeni ştamın yaranmasına səbəb olmur.
 

Adətən, qış aylarında bəzi virus infeksiyaları mədə-bağırsaq əlamətləri ilə müşayiət olunur. Bunlara uşaqlarda qrip, adenovirus infeksiyası, həmçinin rotavirus və digər virusları aid etmək olar. Bu infeksiyalar zamanı risk qrupuna daxil olan şəxslər dərhal həkimə müraciət etməlidirlər.


Qrip zamanı hərarətin üç gündən artıq davam etməsi normal immunitetə malik şəxslər üçün həkimə müraciət etməyə əsas verən siqnaldır. Rotavirus infeksiyasına yoluxmuş uşaqlar isə mütləq həkim məsləhəti almalıdırlar".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO