Bu il 64 min 993 qadın Dövlət Məşğulluq Agentliyi tərəfindən işlə təmin olunub.
Bu barədə Dövlət Məşğulluq Agentliyindən Bizim.Media-ya məlumat verilib:
“Ölkəmizdə həyata keçirilən dövlət məşğulluq siyasətinin prioritetlərindən biri də qadınların məşğulluq imkanlarının artırılmasıdır. Dövlət Məşğulluq Agentliyi tərəfindən mütəmadi olaraq qadınların məşğulluğunun təmin olunması istiqamətində tədbirlər həyata keçirilir, aktiv məşğulluq tədbirlərinin icrasında qadınlara üstülük verilir.
Həyata keçirilən aktiv məşğulluq tədbirləri nəticəsində cari ilin ötən dövrü ərzində 64 min 993 qadın münasib işlərlə təmin olunub”.
Agentlikdən verilən məlumatda onlar üçün kiçik biznes sahəsi yaradılan, peşə kursları təşkil edilən qadınların sayı açıqlanıb:
“Özünüməşğulluq proqramı işsiz və işaxtaran qadınların da kiçik sahibkarlığa çıxışında önəmli rola malikdir. Bu proqram üzrə ilin ötən dövründə daha 6 412 qadına aktivlər verilməklə onlar üçün kiçik biznes sahələri yaradılıb.
Aktiv məşğulluq tədbirlərinin digər mühüm istiqaməti olaraq, son 11 ayda 11 067 qadın üçün əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kursları təşkil edilib”.
Nəzrin Mirzəyeva, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:00 / 11.12.2025
Bu il işlə təmin olunan qadınların sayı AÇIQLANDI – RƏSMİ/ÖZƏL
Hazırda oxunan: Bu il işlə təmin olunan qadınların sayı AÇIQLANDI – RƏSMİ/ÖZƏL
Hazırda oxunan: Bu il işlə təmin olunan qadınların sayı AÇIQLANDI – RƏSMİ/ÖZƏL
585049
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































