Soltanlıda tikinti işlərinə başlanıldı - 420 ev inşa edilir - FOTO

Soltanlıda tikinti işlərinə başlanıldı - 420 ev inşa edilir - FOTO

Hazırda oxunan: Soltanlıda tikinti işlərinə başlanıldı - 420 ev inşa edilir - FOTO

585003

Cəbrayılın işğaldan azad olunan Soltanlı kəndində əvvəlki yaşayış strukturlarının söküntü işləri yekunlaşdıqdan sonra, ərazi tam təmizlənərək yeni tikinti işlərinə start verilib.

Bizim.Media xəbər verir ki, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyə Rzayeva bildirib.

O qeyd edib ki, Soltanlı kəndinin Baş planı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında Macarıstanın tikinti və layihələndirmə sahəsində fəaliyyət göstərən "KESZ" şirkətlər qrupu və Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb.

"Layihələndirilən Soltanlı kəndi Araz çayının sahilində, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun üzərində yerləşir. Beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu kəndin şimal hissəsinə bitişik ərazidən keçir. Həmçinin "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı Soltanlının yaxınlığında yerləşir”, - deyən İ.Rzayeva qeyd edib ki, ümumi sahəsi 108,53 hektar olan bu yaşayış məntəqəsində həyətyanı sahəsi olan 420 evin tikintisi nəzərdə tutulur.

Həmçinin kənd ərazisində inzibati bina, 140 yerlik uşaq bağçası, həkim tibb məntəqəsi, çoxfunksiyalı binanın inşası planlaşdırılıb.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən Soltanlı kəndinin yenidən qurulması mərhələli şəkildə həyata keçiriləcək. Hazırda ərazi tam təmizlənib, şaquli planlaşdırma işləri və fərdi yaşayış evlərinin tikintisi icra edilir.

Hazırkı mərhələdə 420 fərdi evin bünövrə qazıntısı başa çatıb. Tikililərin layihələndirilməsi müasir kənd üslubuna uyğun aparılır və enerji səmərəli materiallardan istifadə nəzərdə tutulur. Kənddə inşa olunacaq qeyri-yaşayış obyektlərinin tikintisi də fərdi evlərlə paralel olaraq davam edir", - deyə şöbə müdiri bildirib. (Azərtac)





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO