Lökbatanda yanğın baş verən binada su olmayıb? – RƏSMİ AÇIQLAMA

Lökbatanda yanğın baş verən binada su olmayıb? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Lökbatanda yanğın baş verən binada su olmayıb? – RƏSMİ AÇIQLAMA

583985

“Bu ərazilərdə bir neçə gündür su yox idi. Biz lazım olan suyu vedrələrlə daşıyıb evlərimizə qaldırırdıq”.

Bizim.Media xəbər verir ki, bu sözləri “qafqazinfo.az”a Lökbatandakı “Qobu Park-1” yaşayış massivində 4 nəfərin öldüyü binanın sakinləri deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Lökbatanda DƏHŞƏTLİ YANĞIN – Dörd nəfər həyatını itirdi – VİDEO


Onların iddiasına görə, yanğın kombi partlaması nəticəsində qeydə alınıb: “Kombi bir müddət işləyib, sonra suyu bitdiyinə görə partlayış baş verib”.

Hadisə şahidlərinin sözlərinə əsasən, yanğına səbəb kimi ilkin ehtimallar arasında ən çox səslənən budur. 

Ərazidə günlərdir su olmaması haqda deyilənlərlə bağlı ADSEA-nın İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, bir neçə gündür su xəttində təmir işləri aparılıb: 

“Su xəttində təmirlə bağlı dekabrın 3-5-də Qaradağ və Səbail rayonlarının bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacağı elanı günlər öncə paylaşılıb və abonentlərə məlumat verilib”.

Qeyd edək ki, baş verən güclü yanğınla bağlı cinayət işi açılıb. Cinayət işi üzrə aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və müvafiq ekspertlərin iştirakı ilə hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri ilkin istintaq hərəkətləri icra edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO