Sumqayıtda "mebel alqı-satqısı" adı altında DƏLƏDUZLUQ – Saxlanılanlar var

Sumqayıtda "mebel alqı-satqısı" adı altında DƏLƏDUZLUQ – Saxlanılanlar var

Hazırda oxunan: Sumqayıtda "mebel alqı-satqısı" adı altında DƏLƏDUZLUQ – Saxlanılanlar var

583868

Sumqayıtda dələduzluq faktları qeydə alınıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, zərərçəkənlərdən birinin "mebel alqı-satqısı" adı altında, digərinin isə "işə
düzəltmək" vədi ilə aldadılaraq ümumilikdə 12000 pul vəsaitinin ələ keçirilməsi ilə bağlı polisə müraciətlər daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər də dələduzluğa görə məhkum olunmuş 40 yaşlı T.Allahyarov və 49 yaşlı A.Allahyarov müəyyən olunaraq saxlanılıblar.

Şəhər ərazisində keçirilən digər tədbir nəticəsində isə vətəndaşın bank kartında olan pul vəsaitini ələ keçirməkdə şübhəli bilinən 41 yaşlı M.Əliyev də saxlanılıb.

Faktlar üzrə araşdırmalar aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO