İsmayıllı Rayon Məhkəməsinin sabiq sədri Şükür Məmmədli 71 yaşında vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Yenisabah.az”a mərhumun yaxınları məlumat verib.
Ş.Məmmədli bu ilin sentyabrında başından əməliyyat olunub. O, oktyabr ayında radioloji
müayinə üçün Türkiyəyə gedib və ötən gün Azərbaycana qayıdıb.
Həmin gün vəziyyəti ağırlaşıb və dünyasını dəyişib.
Qeyd edək ki, Şükür Malik oğlu Məmmədli 1954-cü ildə İsmayıllı rayonunun Basqal kəndində anadan olub. O, 1978-2000-ci illərdə Azərbaycanın ədliyyə və məhkəmə sistemində müxtəlif vəzifələrdə çalışıb. Ş.Məmmədli 1993-cü ildən 2000-ci ilə qədər İsmayıllı Rayon Məhkəməsinin hakimi və sədri olub.
Ş.Məmmədlinin 3 övladı var.
Allah rəhmət eləsin!

Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:25 / 04.12.2025
Ötən gün Türkiyədən qayıtmışdı - Bu gün vəfat etdi – FOTO
Hazırda oxunan: Ötən gün Türkiyədən qayıtmışdı - Bu gün vəfat etdi – FOTO
Hazırda oxunan: Ötən gün Türkiyədən qayıtmışdı - Bu gün vəfat etdi – FOTO
583850
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































