“Sezon”u GƏLDİ – Xəstələnən kimi sistem köçürənlər bunu oxusun!

“Sezon”u GƏLDİ – Xəstələnən kimi sistem köçürənlər bunu oxusun!

Hazırda oxunan: “Sezon”u GƏLDİ – Xəstələnən kimi sistem köçürənlər bunu oxusun!

577245

Payız gəldi... burnunu çəkən, özünü halsız hiss edən hər kəsin “dərmanı” işə düşdü — sistem köçürmək! Bir şüşə “vitamin kokteyli” bədənə can gətirir, deyə düşünənlər əslində bədənə xeyirdən çox zərər vurduğunu ağıllarına belə gətirmirlər. Mütəxəssislər xəbərdarlıq edirlər ki, səbəbsiz yerə sistem vurdurmaq orqanizmə toksin yeritməkdən başqa bir şey deyil. Belə ki, yeni araşdırma hər infuziya mayesində minlərlə mikroplastik hissəcik olduğunu təsdiqləyib.

Yəni, siz “canlanmaq” üçün sistem vurdurarkən, bədəninizə birbaşa plastik “kokteyli” yeridirsiniz. Sadəcə halsızlıq hiss etdiyiniz üçün bu prosesi vərdişə çevirmək, bədəni bərpa etmək deyil, onu yavaş-yavaş zəhərləmək deməkdir.

Biologist-nutritionist Hicran Rafael Bizim.Media-ya açıqlamasında bildirib ki, sistem vurulduqda plastiklər birbaşa qan dövranınıza keçir.

“Sadəcə halsız hiss etdiyiniz üçün “vitamin sistemləri” etdirmək dəb halını alıb. Bağırsaq və qaraciyər bədəni qoruyan əsas filtrlərdir, amma sistemlə vurulan hər şey bu filtrləri tamamilə ötürür, birbaşa qana keçir”.

Mütəxəssis qeyd edib ki, həyati vacib hal olmadıqca, bədənə belə müdaxilələrdən uzaq durmaq ən sağlam seçimdir:

“Əksər hallarda insanlar qeyri-sağlam həyat tərzi vərdişləri ilə yaşayıb, sonra da “asan” yolla vitamin sistemləri ilə təmizlənəcəklərini düşünürlər. Bədənə planlı istirahət, yetərli su və düzgün qidalanma vermək kifayətdir;  bunlar təkcə bədəni gücləndirmir, həm də əksinə toksinlərin təbii şəkildə təmizlənməsini təmin edir”.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO