Naxçıvanda xüsusi təyinatlılar “Köhnə fabrik”də təlim keçirdi - FOTO/VİDEO

Naxçıvanda xüsusi təyinatlılar “Köhnə fabrik”də təlim keçirdi - FOTO/VİDEO

Hazırda oxunan: Naxçıvanda xüsusi təyinatlılar “Köhnə fabrik”də təlim keçirdi - FOTO/VİDEO

55052

Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının xüsusi təyinatlıları ilə taktiki-xüsusi təlim keçirilib.

Əlahiddə Ümumqoşun Ordudan Bizim.Media-ya bildirilib ki, taktiki-xüsusi təlimin ssenarisinə əsasən silahların, döyüş sursatlarının və partlayıcı maddələrin qaçaqmalçılığı, narkotik vasitələrin emalı və qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilməsi məqsədilə Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının xüsusi təyinatlılarından ibarət qruplar antiterror əməliyyatına başlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Orduda keçirilən komanda-qərargah təlimindən GÖRÜNTÜLƏR - VİDEO


Şərti adı “Köhnə fabrik” olan yaşayış məntəqəsində silahlı cinayətkarlarla mübarizədə müxtəlif silah nümunələrinin tətbiqi ilə yaxın məsafəli döyüş elementləri icra edilib və xüsusi təlim keçmiş xidməti itlərin köməyi ilə silahlar və narkotik vasitələr aşkar edilərək zərərsizləşdirilib.

Təlim zamanı qaçaqmalçılıqla məşğul olan terrorçulardan məhv edilənlərlə yanaşı, əsir götürülənlər də olub.

Əməliyyat rayonundan qaçmağa cəhd edən terror qruplaşmasının rəhbəri xüsusi təyinatlılarımız tərəfindən pusquya salınıb və sağ olaraq ələ keçirilib.

Türkiyə Silahlı Qüvvələri mənsublarının da izlədikləri təlimin uğurla başa çatması münasibətilə keçirilən mükafatlandırma mərasimində Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayev və Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının komandiri, general-mayor Səlim Niftəliyev çıxış edərək, şəxsi heyətin cinayətkar terrorçularla mübarizə vərdişlərinin daim təkmilləşdirildiyini və təlimlər zamanı tapşırıqların yüksək peşəkarlıqla icra edildiyini diqqətə çatdırıblar.

Sonda hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim edilib.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO