Oğlan uşaqlarında niyə “cırlaşma” GEDİR? – Həkimdən SOS 

Oğlan uşaqlarında niyə “cırlaşma” GEDİR? – Həkimdən SOS 

Hazırda oxunan: Oğlan uşaqlarında niyə “cırlaşma” GEDİR? – Həkimdən SOS 

0:00
0:00
51188

Uşaqların normal böyüməsi və inkişafı sağlamlığın ən önəmli göstəricilərindəndir. Boy isə insanın şəxsiyyətini müəyyənləşdirən vacib amildir. Son dövrlərdə həkim müraciətlərində boy artımı ilə bağlı problemdən şikayətlənənlərin sayı daha çoxdur.

Şikayətlərin əksəriyyəti oğlanlarla bağlıdır. Son illər qızlarla müqayisədə oğlanların boyunda geriləmələrin olduğu müşahidə olunur.

Hətta el arasında “kişilərdə cırlaşma gedir” deyə populyar deyimlər də yayılmaqdadır. Mütəxəssislər problemin kökünü qidaların keyfiyyətsizliyi, sağlam həyat tərzinin olmaması, idmandan uzaq qalma, yaxud da nəsillə əlaqələndirirlər. Tibb ekspertlərinin fikrincə, boy artımında əsas problem Azərbaycanın daxili bazarına buraxılan keyfiyyətsiz yağlarla və digər qidalarla bağlıdır. 
 

MÖVZU İLƏ BAĞLI:

Uşaqların tərbiyəsində yaş amili – HANSI YAŞDA nə baş verir? 


Məlumat üçün bildirək ki, boy artımı ən çox ana bətnində baş verir. Daha sonra boyun sürətlə artması iki yaşa qədər, xüsusən ilk 6 ayda baş verir. Yeniyetmə dövründə isə boy artımı çox sürətlə gedir. Qızlarda boy artımı 14-15, oğlanlarda 15-16, nadir hallarda isə boy uzanması 23-25 yaşa qədər davam edir.

Tanınmış həkim-terapevt Rasif Bağırov Bizim.Media-ya açıqlamasında tibb elmində hər zaman bioaktiv insanlar arasında boy probleminin olduğunu bildirib:

“Əgər statistik göstəricilərə görə boy artımında azalma varsa, məsələ cəmiyyətdə problem kimi götürülür. Hipopituitarizm xəstəliyi ilə bağlı hormonal çatışmazlıqlar baş verir və xəstədə boy artımında çətinliklər yaranır. Bəzi uşaqlarda hipopituitarizm baş verir və 13-14 yaşında həmin problem aradan qaldırılır. Çünki yeni immunsistem formalaşır və keçid dövrü ilə əlaqədar hər şey normala dönür.

Bəzən isə həmin hormonların inkişafı ləngiyir, kiçik boynun liliputluğu yaranır. Amma bunun cəmiyyət üçün problem olduğunu statistik rəqəmlərdən müəyyənləşdirmək mümkündür.

Ölkənin səhiyyə sistemi ilə məşğul olan nazirlik, qurum və digər sosioloji mərkəzlər sözügedən problemin həlli istiqamətində konkret tələblər qoya bilərlər. Həmçinin bu mənada daha geniş araşdırmalar aparıla bilər”.

Həkimin sözlərinə görə, boyun artmaması qidalarla da əlaqəlidir:

“Heç kimə sirr deyil ki, Azərbaycanda qidanın keyfiyyəti hər zaman aşağı səviyyədə olub. Səhiyyə qurumları və sosioloji təşkilatlar məhz qida məsələsində də araşdırmaya yer verməlidirlər. Endokrinoloji mərkəzlərdə kiçik boyluların hamısının statistikası aparılmalıdır. Bundan əlavə cəmiyyətin inkişafı ilə bağlı qeyri-hökumət təşkilatları fəaliyyət göstərməli, bu tipli problemləri müşahidə edib, təhlillərini ortaya qoymalıdırlar Doğurdan da cəmiyyətdə bu problem artım şəkildə gedirsə, demək ki, həyəcan təbili çalınmalıdır”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO