Sovet dönəmindən köhnə Bakının “Sovetski” adlanan ərazisinin sökülməsi ilə yanaşı yeni iddia və layihələr də meydana çıxmaqdadır.
Moderator.az-a daxil olan məlumata görə, belə iddialardan biri ilə çıxış edən bir sıra Bakı ziyalıları məsələyə orijinal rakursdan baxaraq hökumətin bu ərazidəki ucdantutma söküntü planına alternativ olaraq ərazisinin tarixi-memarlıq yaşayış sahəsi kimi bərpası məsələsini qaldırmağa hazırlaşır. Onların fikrincə, indi qeyri-rəsmi olaraq “Sovetski” adlanan bu əski yaşayış sahəsində tarixi adların qaytarılması, şəhərin bu hissəsinin “Bayırşəhər” adı altında qoruq elan edilməsi əsas prinsiplər olaraq önə çəkilməlidir.
Xatırladaq ki, 13-cü yüzilliyə qədər Bakı qalası (İçərişəhər) divarlarının yörəsində Xəlifədamı, Çəmbərəkənd yaşayış məskənlərinin varlığı tarixi qaynaqlarda da öz əksini tapıb. Tarixi bilgilərə görə, məmurlar və şahın yaxınları sarayın əhatəsində ”“ “İçərişəhər”də, yerdə qalan əhali isə qala divarlarından bayırda ”“yəni “Bayırşəhər”də məskunlaşmışdılar.
O baxımdan da “Sovetski”dəki söküntü-yenidənqurma işlərinin “İçərişəhər”i tamamlayan qədim şəhərin önəmli hissəsi kimi “Bayırşəhər”in rəsmi şəkildə qoruq elan edilməsi şərtlərinə tabe tutulması zərurət kimi önə çəkilməkdədir...
Məmur-işbazlar cütlüyününmü, yöxsa ölkə mənafeyininmi qalib gələcəyini isə zaman göstərəcək...





























































































