Noyabrın 25-dən təhsil tələbə krediti üçün müraciətlərin qəbuluna başlanılıb.
Bu barədə Bizim.Media-ya Təhsil Nazirliyindən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Təhsil tələbə kreditləri üçün müraciətlər başlanıldı – CANLI YAYIM
Təhsil krediti üçün müraciət etmək istəyən tələbənin yaşı 18-dən aşağı olduqda valideynləri və ya himayəçisi ilə, yaşı 18-dən yuxarı olduqda isə özü notarial xidmətə yaxınlaşaraq bir sıra razılıqları ərizəsi ilə təsdiq etməlidir. Daha sonra tələbə kredit almaq hüququnun müəyyənləşdirilməsi üçün //e-ttkf.edu.az/ portalına daxil olur.
Tələbə kreditin verilməsi ilə bağlı hər bir status dəyişikliyi barədə məlumatı SMS vasitəsi izləyə bilir.
Qeyd edək ki, təhsil tələbə kreditinin alınması qaydaları ilə bağlı aşağıdakı sual-cavab faylından daha ətraflı tanış olmaq mümkündür.
Bizim.Media