Vətən müharibəsinin 5-ci gününün 18 yaşlı ŞƏHİDİ – FOTO 

Hazırda oxunan: Vətən müharibəsinin 5-ci gününün 18 yaşlı ŞƏHİDİ – FOTO 

39713

44 günlük müharibədə qəhrəmanlığı ilə seçilən igidlərimizdən biri də Məcid Məmmədovdur.  Qəhrəmanımız ötən il Vətən müharibəsinin 5-ci günündə Talış kəndinin və Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. 

Məmmədov Məcid Rafiq oğlu 2002-ci il yanvar ayının 10-da Cəlilabad rayonunun Hacıcavad kəndində doğulub. Orta məktəbi 5-ci sinfə qədər bu kənddə oxuyub, sonradan ailəsi ilə birlikdə Bakıya köçdüyündən təhsilini Binəqədi rayon 115 saylı məktəbdə davam etdirib.

Uşaqlıqdan ata nəvazişi görməyən Məcid bütün mehrini anasına salıb. 
 

Sentyabrın 27-dən döyüşə atılan Məcid Talış və Suqovuşan kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib. Döyüşmək üçün səbirsizlənən gənc əsgər qələbə arzusu ilə döyüşlərdə əsl şücaətlik nümayiş etdirib. 


19 yaşını anası ilə birgə qeyd etməyi arzulayan Məcid Məmmədov şiddətli döyüşlərin birində qəhrəmancasına şəhid olur və zəfər gününü görmədən şəhadətə qovuşur. 

Məcid Məmmədov ölümündən sonra ''Suqovuşanın azad olunmasına görə'' medalı ilə təltif edilib.

Alçina Amilqızı, Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO