Beynəlxalq Astronavtika Konqresi 50 il sonra Bakıda KEÇİRİLƏCƏK - FOTO

Hazırda oxunan: Beynəlxalq Astronavtika Konqresi 50 il sonra Bakıda KEÇİRİLƏCƏK - FOTO

37466

Ölkəmizdə işgüzar səfərdə olan Beynəlxalq Astronavtika Federasiyasının (IAF) nümayəndə heyəti ilə görüş keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat yayıb.

Məlumatda həmçinin deyilir ki, görüşdə nazir Rəşad Nəbiyev Azərbaycanın Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən uğurlu peyk layihələri sayəsində dünya kosmik ailəsinin bir üzvünə çevrildiyini bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Kosmik sahədə də əməkdaşlıq olacaq - Türkiyə-Azərbaycan və ....


“Məhz bunun nəticəsidir ki, Beynəlxalq Astronavtika Konqresi kimi vacib tədbir 50 il sonra yenidən Bakıda keçiriləcək”, – deyə görüşdə vurğulanıb.

Qeyd olunub ki, bu tədbir Azərbaycanla yanaşı, qonşu ölkələrə, o cümlədən IAF üzvü olmayan dövlətlərə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində əvəzolunmaz imkan yaradacaq.

Beynəlxalq Astronavtika Federasiyasının prezidenti xanım Paskal Erenfroynd çıxışında “Azərkosmos”a sıx əməkdaşlığa görə təşəkkür edib.
 

“Mən əminəm ki, 2023-cü ildə keçiriləcək Beynəlxalq Astronavtika Konqresi Azərbaycanın kosmik arenadakı mövqeyində önəmli iz buraxacaq və ölkənin qlobal kosmik sənayenin hərəkətverici qüvvələrindən biri olmasına təkan verəcək”, – deyə federasiya prezidenti vurğulayıb.


Görüş çərçivəsində “Azərkosmos” və Beynəlxalq Astronavtika Federasiyası arasında 2023-cü ildə Bakı şəhərinin Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsi ilə bağlı müqavilənin rəsmi imzalanma mərasimi keçirilib.

İmzalanma mərasimindən sonra Astronavtika Federasiyasının nümayəndə heyətinin də iştirakı ilə media təmsilçiləri üçün brifinq keçirilib və onların sualları cavablandırılıb.

Bizim.Media

​​​​​​​

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO