Noyabrın 1-də “WhatsApp” bağlanacaq – NƏ BAŞ VERİR? 

Noyabrın 1-də “WhatsApp” bağlanacaq – NƏ BAŞ VERİR? 

Hazırda oxunan: Noyabrın 1-də “WhatsApp” bağlanacaq – NƏ BAŞ VERİR? 

35399

Xəbər verildiyi kimi dünyanın ən çox istifadə olunan messenceri “WhatsApp” son yenilənməsinin köhnə Android və iOS telefonlarında çalışmayacağını açıqlayıb. Belə ki, noyabrın 1-dən etibarən messencer Android 4.0.4 və iOS 9 da daxil olmaqla daha köhnə proqram təminatı ilə işləyən telefonları dəstəkləməyəcək.

“WhatsApp”ın çalışmayacağı telefon modellərindən “Samsung Galaxy” silsiləsində “S3 Mini”, “Trend II”, “Trend Lite”, “Core”, “Ace 2”, “LG Optimus” seriyasından F7, F5, “L3 II Dual”, F7 II, F5 II, eləcə də “Sony Xperia”, “Huawei Ascend Mate” və “Ascend D2”, həmçinin “Apple iPhone” modellərindən SE, 6S, və “6S Plus” qeyd olunub.

Maraqlıdır, bəs köhnə telefon istifadəçiləri nə etməlidir?
 

MÖVZU İLƏ BAĞLI:

Whatsappda daha bir yenilik gəldi


Məsələni Bizim.Media-ya şərh edən İKT mütəxəssisi Elvin Abbasov problemin həlli yolunu iki istiqamətdə görür.

Ekspertin fikrincə, çxış yolu maliyyə və texniki tərəflərin tənzimlənməsi ilə mümkün ola bilər. 
 

“Maliyyə tərəfini təbii ki, böyük bir heyət bütün telefonları yeniləmələrə görə uyğunlaşdırmalıdır. Burada hər bir mobil versiya üçün xüsusi iş aparılır. Köhnə telefonlarda aparılan bu işlərin həm maliyyə, həm də texniki xərci var.


Texniki tərəf odur ki, yenilərin bəziləri mobil versiyalarda uyğulana bilmir. O versiyaların texniki özəllikləri yenilənməyə icazə verməyə bilər. Burada müxtəlif amillər və müəyyən konfiqurasiyalara uyğunlaşa bilməyən yeniliklər ola bilər. Hər iki tərəf də çox vacibdir. Hazırki yeni telefonlara uyğun olaraq texniki özəlliklərin cavab verdiyi səviyyədə yeniləmələr gedir. Bu yenilənmələr əvvəlki telefonların texniki uyunlaşdırılmasında tədqiq oluna bilinmir”. 

Mütəxəssis hesab edir ki, ən böyük əsaslardan biri maliyyədir ki, artıq günə yeni mobil modellər və qurğular daxil olur:
 

“Yeniləmələri köhnə telefonlarda tətbiq etmək üçün onlara uyğun da texniki kodlaşdırma aparmaq lazımdır.


Texniki kodlaşdırmanı da hər bir mobil versiyada tətbiq etməyin özü böyük bir maliyyə tələb edir. Demək ki, hər iki məsələni “WhatsApp” rəhbərliyi və şirkəti nəzarətdə saxlamaldıır. İstifadəçilərə gəlincə, köhnə telefonlardan istifadə edən insanlar yeniləmə etməlidirlər. Əgər onlar güncəlləşməni bağlasalar, onlar üçün bunun bir təsiri olmayacaq və mövcud istifadə etdikləri “WhatsApp” yenilənməsə ilə belə onu istifadə edə biləcəklər”. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO