Astarada 17 yaşlı yeniyetmə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Astara rayonunun Ərçivan qəsəbə sakini, 2008-ci il təvəllüdlü Bibixanım Elçin qızı Əliyeva hərəkətdə olan avtomobil tərəfindən vurulub.
İlk tibbi yardım göstərildikdən sonra o, ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb və kəllədaxili travma diaqnozu ilə müalicəyə qəbul edilib.
Hazırda yaralının vəziyyəti ağır olaraq qalır.
Hadisə ilə bağlı araşdırma davam edir.
Sabutay, Bizim.Media, Cənub bürosu