Bu gün Bakının Nəsimi rayonunun bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi ilə Bülbül prospektinin kəsişməsində yeraltı ortatəzyiqli kəmərdə aşkar olunmuş sızmanın ləğv edilməsi ilə əlaqədar bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Təmir-bərpa işləri aparılan müddətdə S.Əsgərova, C.Məmmədquluzadə, Mərdanov qardaşları, S.Rüstəm, R.Behbudov küçələrinin və Bülbül prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:57 / 09.09.2025
Paytaxt sakinlərinə XƏBƏRDARLIQ - Bu ərazilərdə qaz olmayacaq
Hazırda oxunan: Paytaxt sakinlərinə XƏBƏRDARLIQ - Bu ərazilərdə qaz olmayacaq
Hazırda oxunan: Paytaxt sakinlərinə XƏBƏRDARLIQ - Bu ərazilərdə qaz olmayacaq
269452
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.