
- A-
- A
- A+
Cəmiyyət
11:27 / 10.09.2025
Qarabağ qazisi Ukraynada vəfat etdi - FOTO
Hazırda oxunan: Qarabağ qazisi Ukraynada vəfat etdi - FOTO
269659
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Birinci Qarabağ savaşının odundan, alovundan keçən qazi qardaşımız Sahib Şəmistan oğlu İsmayılov 2 gün öncə yaşadığı Donesk şəhərində qəfil ürək tutmasından dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, bunu özünün Facebook səhifəsində Ehtiram İlham adlı istifadəçi yayıb.
Onun sözlərinə görə, Tovuzun əfsanəvi "Bozqurd" dəstəsinin cəsur döyüşçülərinin biri olmuş və "Dılım" ləqəbi ilə tanınan Sahib bəy dünən doğulduğu Tovuzun Yuxarı Mülkülü qəbristanlığında torpağa tapşırılıb.
Dəfndə Sahib İsmayılovun doğmaları və kənd camaatı ilə yanaşı, başqa komandir Etibar Bozqurd olmaqla Xaliq, Cingiz, Elçin, Hafiz, Kamal, İsmayıl, Zakir və.s. kimi keçmiş döyüş yoldaşları da iştirak edib.
Allah rəhmət eləsin.




Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































