Əliməmməd Nuriyev yas mərasimlərinin sadələşdirilməsinin hüquqi tərəfindən DANIŞDI

Əliməmməd Nuriyev yas mərasimlərinin sadələşdirilməsinin hüquqi tərəfindən DANIŞDI

Hazırda oxunan: Əliməmməd Nuriyev yas mərasimlərinin sadələşdirilməsinin hüquqi tərəfindən DANIŞDI

269005

Azərbaycan Milli QHT Forumunun toy və yaslardakı israfçılıqla bağlı ictimai diskussiyasında çıxış edən Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev məsələnin hüquqi tərəfindən danışıb.

Bizim.Media xəbər verir ki, Ə.Nuriyev qeyd edib ki, bu məsələlər sərt deyil, yumşaq qaydalarla tənzimlənə bilər:

“Hər kəs istəyir ki, vəfat etmiş yaxınını yad etsin, onu xatırlasın. Amma bu xatırlamalar ona mərhəmət nümayiş etdirməlidir, nəinki dəbdəbə.

Biz sərt hüquqi yollara keçsək, bu, ciddi fəsadlar yarada bilər. Bu davranış modeli adət ənənələrlə bağlı məsələdir. Buna görə yumşaq yol seçilməlidir.

Rayon bələdiyələri, icra orqanları bu prosesə daxil ola və hamının iştirakı ilə ümumi qaydalar qəbul edilə bilər. Bu cür qaydalarla sadə yas mərasiminin keçirilməsi mümkündür”.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO