Qızılın qiymətində REKORD – Bahalaşma Azərbaycana necə TƏSİR edəcək?

Qızılın qiymətində REKORD – Bahalaşma Azərbaycana necə TƏSİR edəcək?

Hazırda oxunan: Qızılın qiymətində REKORD – Bahalaşma Azərbaycana necə TƏSİR edəcək?

268542

Xəbər verdiyimiz kimi, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,31% artaraq 3 603,3 ABŞ dollarına bərabər olub.

Bizim.Media-ya açıqlama verən Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətinin sədrinin müavini Rövşən Əmircanov qızılın qiymətiylə bağlı proqnozlardan, artımın Azərbaycana təsiri barəsində danışıb. O, bildirib ki, bu göstərici son illərdə müşahidə olunan ən sürətli artımlardan biri kimi qiymətləndirilir.

"Hazırda London əmtəə birjasında qızılın qiyməti 3530–3550 dollar intervalında dəyişir. Bu göstəricilər yaxın dövrdə daha da artım ehtimalının yüksək olduğunu göstərir.

Eyni dövrdə gümüşün qiyməti də artaraq 41 dollar səviyyəsinə çatıb. Analitiklər bu artımı bir neçə ay əvvəl də proqnozlaşdırırdılar".

Bəs artımın səbəbi nədir?

Rövşən Əmircanovun sözlərinə görə qiymətlərin bu qədər sürətlə bahalaşmasının arxasında bir neçə əsas faktor dayanır:

“İlk olaraq, ticarət siyasətində qeyri-müəyyənlik var. Tramp administrasiyasının yeni tariflər tətbiq edə biləcəyi ilə bağlı xəbərlər qlobal iqtisadi artımla bağlı riskləri gücləndirir. Bu isə investorların riskli aktivlərdən uzaqlaşıb daha stabil dəyər daşıyan alətlərə üstünlük verməsinə səbəb olur. İkinci olaraq, monetar siyasət gözləntiləri rol oynayır. ABŞ Federal Ehtiyat Sisteminin yaxın aylarda faiz dərəcələrini azalda biləcəyi ehtimalı investorların diqqətini qızıla və gümüşə yönəldib. Faizlərin enməsi dolları zəiflədir və qiymətli metalları daha cəlbedici edir".

Rövşən Əmircanov qeyd edir ki, son dövrlərdə gümüş həm maliyyə, həm də sənaye bazarında daha çox diqqət mərkəzinə çevrilib.

"Elektronika və texnologiya sənayesində onun geniş istifadəsi qiymətlərin artımını dəstəkləyir. Ekspertlərin proqnozlarına görə, ilin sonuna qədər gümüşün bir unsiyası 45 dollara qədər yüksələ bilər".

Baş verən artımlar Azərbaycanda qızıl qiymətlərinə necə təsir edir?

"Qlobal tendensiyalar təbii olaraq Azərbaycana da təsirsiz ötüşmür. Yerli bazarda qızıl və gümüşün qiymətləri əsasən beynəlxalq göstəricilərə bağlıdır. Dünyada baş verən hər bahalaşma Azərbaycanda da həm idxal olunan zinət əşyalarının, həm də xammalın qiymətlərinə birbaşa təsir göstərir.

Ölkə daxilində istehsal olunan zinət məmulatlarının maya dəyəri də beynəlxalq bazardakı dəyişikliklərdən asılı olaraq formalaşır. Yəni qlobal qiymət artımı yalnız investorları deyil, həm də yerli alıcı və istehsalçıları yaxından əhatə edir", - deyə qurum rəsmisi bildirib.

Nəzrin Mirzəyeva, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO