Keçmiş əsgərin dəhşətli həyat hekayəsi -O, indi havanı da pulla alır...

Keçmiş əsgərin dəhşətli həyat hekayəsi -O, indi havanı da pulla alır...

Hazırda oxunan: Keçmiş əsgərin dəhşətli həyat hekayəsi -O, indi havanı da pulla alır...

267540

Moderator.az xəbər verir ki, söhbət Tərtərin Təzəkənd sakini Elxan Mehdiyevdən gedir. O, deyir ki, əsgərlik etdiyi dövrdə şəraitsizlikdən ciyərləri sıradan çıxıb və vərəm olub. İndi isə hava balonlarının ümidinə yaşayır. E.Mehdiyevin 33 yaşı var. 1995-ci il Qarabağ savaşı zamanı atası Elman Mehdiyev şəhid olub. 2004-cü ildə isə Elxan özü hərbi xidmətə yollanıb. Hərbi xidmətinin bir ilinin tamam olmasına az qala o, vərəm xəstəliyinə tutulub. Bir müddət hospitalda müalicə olunub və ordu sıralarından xəstəliyinə görə tərxis olunaraq evə göndərilib.

Elxan evin tək oğludur və bir oğlan övladı var. Deyir ki, bacım da iki uşaqla boşanaraq bizimlə yaşayır. Xəstəliyilə bağlı demək olar ki, bütün qurumlara müraciət edib, amma ona heç bir köməklik göstərilməyib. Öz başının çarəsinə baxan Elxan Türkiyəyə gedib və orda müalicələri müsbət nəticələr verib. Ona ciyər nəqlini məsləhət görüblər, amma maddi imkanı olmadığı üçün kor-peşman geri qayıdıb.xa0


Anası Minarə xanım ailənin tək gəlirinin Elxanın aldığı pensiya və şəhid həyat yoldaşına görə aldığı prezident təqaüdü olduğunu deyir. Bu isə heç nəyə çatmır. Ailə imkansızlıqdan banka üz tutub və kredit götürüb. Aldıqları təqaüdün də yarısını kreditə verirlər. Elxanın yaşamasını təmin edən oksigen balonları isə səkkiz saatdan bir boşalır və bunu doldurmaq üçün hər dəfə 12 manat verirlər.xa0

Elxan Mehdiyev səhhətindəki problemlərə görə intihar həddinə çatıb və hətta özünü yandırmaq istəyərkən dayısı ona mane olub. Deyir ki, onu Bakıya Ağciyər Xəstəlikləri İntitutuna gətiriblər və burda müayinələr edilib. Ona ciyər köçürülməlidir və bunun isə əməliyyatı bizdə yox, qardaş Türkiyədədir. E.Mehdiyev 155 manat pensiya alır və o da heç dərmanlarına çatmır.xa0

Ümid edirik ki, aidiyyatı qurumlar Elxan Mehdiyevin bu vəziyyətinə biganə qalmayacaqlar.

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO