Son illər xərçəng xəstələrinin müalicəsində geniş tətbiq olunan kimyaterapiyanın faydaları ilə yanaşı, riskləri barədə də müzakirələr artıb.
Bəzi mütəxəssislər iddia edirlər ki, kimyaterapiya xərçəng xəstələri üçün ölüm riskini yüksəldə bilər.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan tibb eksperti Adil Qeybulla bildirib ki, kimyaterapiya xərçəngin müalicəsində əsas üsullardan biri olsa da, sağlam hüceyrələrə də təsir göstərir.
“Kimyəvi terapiya bütün bədənə təsir edən sistem müalicə üsuludur.
Bu səbəbdən sağlam hüceyrələr də zərər görə bilir. Zəif orqanizmlərdə, xüsusilə uşaqlarda müxtəlif xəstəliklərə, yenidən xərçəngə, hətta ölümə səbəb ola bilər.
Bu risk həmişə nəzərə alınmalıdır. Lakin onu minimuma endirmək üçün müxtəlif üsullar mövcuddur,” - deyə o qeyd edib.
Ekspertin sözlərinə görə, hazırda molekulyar biologiyanın yeni nailiyyətlərinə əsaslanan preparatlar hazırlanır ki, bu da xərçəngin müalicəsində daha təhlükəsiz yollar açır.
Aygün Hüseyn, Bizim.Media