"Kəlbəcərə qovuşdum, atama da qovuşacam"- Kürdoğlu Əsgərov

Hazırda oxunan: "Kəlbəcərə qovuşdum, atama da qovuşacam"- Kürdoğlu Əsgərov

2537

“Kəlbəcərə qovuşdum, inşallah, atama da qovuşacam”.

Bizim.Media xəbər verir ki, bunu illərdir erməni əsirliyində olan Dilgəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib.

O, həsrətlə atasının azadlığa qovuşacağı günü gözlədiyini bildirib. 

Dilqəm Əsgərovdan ailəsinə sonuncu dəfə hərbi əməliyyatlar başlamazdan üç gün əvvəl, yəni sentyabr ayının 24-də məktub gəlib:

“Məktubunda hər kəsə salam söyləyib. Yazıb ki, narahat olmayın”.

K.Əsgərov vurğulayıb ki, qələbədən sonra atasının əsirlikdən azad olunmasına olan ümidi daha da artıb.

Xatırladaq ki, 2014-cü ilin iyulunda Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov yaxınlarının məzarlarını ziyarət etmək üçün işğal altında olan Kəlbəcər rayonuna gediblər.

Həmin gün Şaplar kəndində işğalçı Ermənistan Silahlı Qüvvələri tərəfindən Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə girov götürülüb. Həsən Həsənov isə güllələnərək öldürülüb. (Baku Tv)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO