Azərbaycana qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara HÖKM OXUNDU

Azərbaycana qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara HÖKM OXUNDU

Hazırda oxunan: Azərbaycana qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara HÖKM OXUNDU

249047

Dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyalarını Azərbaycana qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd etməkdə təqsirləndirilən Səbinə Sabir qızı Əliyeva, Kəmalə Məmməd qızı Məmmədova və Səbinə Ravil qızı Nəsibovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Sonra dövlət ittihamçısı çıxış edib. O, hər 3 təqsirləndirilən şəxsin 7 il müddətə azadlıqdan məhrum edilməsini və məhkəmə zalından həbs olunmasını istəyib.

Daha sonra təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, onlar barəsində Cinayət Məcəlləsinin 70-ci (Şərti məhrum etmə) maddəsi tətbiq edilib. Belə ki, xanım müttəhimlərə 2 il sınaq müddəti olmaqla şərti cəza verilib.

İttihama görə, onlar dəyəri 100 min manatdan çox olan 1 kiloqrama yaxın qızıl-zinət əşyalarını qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirmək istəyib.
 

İttihamda qeyd olunub ki, Səbinə Nəsibova Kəmalə Məmmədovanın Türkiyədən gətirdiyi qızıl-zinət əşyalarını qanunsuz yolla Heydər Əliyev adına Hava Limanının gömrük keçid məntəqəsindən keçirərək Kəmalə Məmmədovanın özünə ötürmək istəyib. Ancaq alınmayıb və qızıllar Səbinənin gizlətdiyi dolabda aşkar olunub.


Qeyd edək ki, hər üç qadın barəsində ibtidai istintaq dövründə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Xatırladaq ki, cinayət işində zərərçəkmiş qismində Dövlət Gömrük Komitəsi tanınıb.

Onlar Cinayət Məcəlləsinin qaçaqmalçılığa cəhd maddəsi ilə ittiham olunublar. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO