32 il əvvəl istehsal olunmuş “VAZ-2106” sedanı Rusiyanın paytaxtı Moskvada satışa çıxarılıb.
Bizim.Media yerli mediaya istinadən xəbər verir ki, avtomobil cəmi 339 kilometr yol qət edib.
Qeyd olunur ki, maşın orijinal vəziyyətdədir. Burada yalnız zavod olmayan hissələr mühərrikin soyutma sisteminin boruları və akkumulyatordur. Avtomobil 1994-cü ilin iyulunda ilk qeydiyyatdan keçdikdən sonra qarajda saxlanılıb.
Avtomobil 1,3 litrlik mühərrik və dörd pilləli mexaniki transmissiya ilə təchiz edilib. Avtomobilin sahibi onun satışından 9,9 milyon rubl (təxminən 231 min 435 manat) qazanmağı planlaşdırır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:57 / 18.03.2025
231 min manata "06" satılır
Hazırda oxunan: 231 min manata "06" satılır
Hazırda oxunan: 231 min manata "06" satılır
239952
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.