Nümayiş etdirdiyi məhsulun reklam olduğunu gizlədən blogerlərə XƏBƏRDARLIQ

Nümayiş etdirdiyi məhsulun reklam olduğunu gizlədən blogerlərə XƏBƏRDARLIQ

Hazırda oxunan: Nümayiş etdirdiyi məhsulun reklam olduğunu gizlədən blogerlərə XƏBƏRDARLIQ

235125

Kütləvi informasiya vasitələrində reklamla bağlı müəyyən qanunauyğunluq var. Yəni televiziyalarda hansı məhsulun, hansı saatda reklam oluna bilməsi qanunla tənzimlənir. Lakin bu gün əsas reklam mənbəyi həm də sosial şəbəkələrdir. Milyonlarla kütləyə xitab edən səhifələr, şəxslər var. Satıcı və şirkətlər də məhsullarının reklamını sosial şəbəkələrdə izləyici sayı çox olan bloger və səhifələrə həvalə edirlər. Lakin burada da bəzi məqamlar var.

Belə ki, özünə izləyici etibarı qazanmış bloger sınaqdan çıxmamış məhsulu belə reklam edib, ona alıcı kütləsi toplaya bilir. Bəzi vaxtlarda isə blogerlər haqqında danışdıqları məhsulun reklam olunduğunu hiss etdirmir, bunun reklam olduğunu vurğulamırlar.
 

MÖVZU İLƏ BAĞLI:

Sosial şəbəkələr insanları reallıqdan NECƏ UZAQLAŞDIRIR? – MARAQLI DETALLAR 


Bəs sosial şəbəkələrdə reklam olunanın əslində reklam xarakterli, yəni pulla reklam edildiyini bildirən informasiyanın verilməsi ilə bağlı bir təklif varmı?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Reklamçılar İttifaqının icraçı katibi Cahid Həsənov deyib ki, sosial şəbəkələrdəki reklamlarla bağlı bütün təkliflərimizi verəcəyik:

“Növbəti dövr üçün “Reklam haqqında qanun”a yenidən əlavə və dəyişikliklər etmək lazımdır. Bunu “Reklam haqqında qanun”un müəlliflərindən biri, qanuna əlavə və dəyişikliklərlə bağlı Milli Məclisdə iştirak edən ekspert, mütəxəssis kimi deyirəm. Çünki o dövrdə qanunlar yazılırdı, zaman keçdikcə qanunların dəyişdirilməsi təbiidir. Sosial şəbəkələrin vüsət aldığı bu məqamda təbii olaraq bu sahədə bir nömrəli Qanuna dəyişikliklər olunmalıdır”.

Müsahibimiz hesab edir ki, məhsul sahibləri ancaq sosial şəbəkələrdəki reklamlara pul ayırmaqla digər gəlirləri özlərində saxlamış olurlar:

“Hər hansı sosial şəbəkələrdə tamaşaçı yığan biri hansısa brenddən 1000-2000 manat alır, 300-500 min adama nüfuz edə bilir. Bəs reklamdan gəliri necə götürək?! Yəni reklam sahibi açıq məkanda, nəqliyyatda, qapalı məkanda reklama pul yönəltmir. Fikirləşir ki, bütün bunlara pul xərcləmək yerinə, 20-30 min ayırmaqla 2-3 bloqerə reklam verərəm. Bu da “Reklam haqqında qanun”a olunacaq dəyişikliklə tam yasaq olmalıdır. Çünki bununla reklamlardan Azərbaycana gələcək xeyri şirkətlər özlərində saxlamış olur. Bu qəti yolverilməzdir”.

Cahid Həsənov qeyd edib ki, məhsulun reklamının harada neçə faiz edildiyi haqda məlumat olmalıdır:

“Sosial şəbəkələrdə, qapalı və ya açıq məkanlarda, o cümlədən tədbirlərdə neçə faiz reklam yerləşdirilməsi üçün qanun müəyyən olunmalıdır. Azərbaycan xalqının hesabına milyonlar qazanırsa, milyonlardan gələn gəlirdən reklamın müxtəlif sahələrinə yönəltməlidir. Paylaşma mexanizmi ədalətli olmalıdır.

Bloger, müğənni, lap elə televiziyanın özündəki aparıcı bir firmanın geyimini geyinir, gəlib orada gizli reklam edir. Özü də 3-5 manata edir. O, özü də bilməyərəkdən Azərbaycan xalqına gələn reklam gəlirlərinin qarşısını alır. Bunlar qanunla tənzimləməlidir”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO