Rusiya vətəndaşlarının Azərbaycanda müvəqqəti olma müddəti 180 gündən 90 günə azaldıldı

Rusiya vətəndaşlarının Azərbaycanda müvəqqəti olma müddəti 180 gündən 90 günə azaldıldı

Hazırda oxunan: Rusiya vətəndaşlarının Azərbaycanda müvəqqəti olma müddəti 180 gündən 90 günə azaldıldı

227672

Rusiya vətəndaşlarının Azərbaycanda müvəqqəti olma müddəti barədə qaydalara dəyişiklik edilib. Belə ki, Rusiya vətəndaşlarının Azərbaycanda müvəqqəti olma müddəti 1 il ərzində 180 gündən 90 günə azaldılıb.

Bizim.Media xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn Rusiya Federasiyası vətəndaşlarının və Rusiya Federasiyasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti bir təqvim ili ərzində 90 gündən artıq ola bilməz.
 

Bu Qərar 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.


Qeyd edək ki, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bir neçə gün bundan əvvəl açıqlamasında bildirib ki, Rusiya Federasiyasının müvafiq qanunvericiliyinə edilən bir sıra dəyişikliklərə əsasən, 1 yanvar 2025-ci il tarixdən etibarən xarici ölkə vətəndaşlarının Rusiya ərazisində müvəqqəti olma müddəti bir təqvim ili ərzində cəmi 90 gün olacaq. O həmçinin bildirib ki, qaydalara əsasən həmçinin xarici vətəndaşlar Rusiya dövlət sərhədini keçdiyi tarixdən 7 iş günü ərzində olduğu yer üzrə qeydiyyata düşməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO