Hər uşağın əlində bir “TƏHLÜKƏ” – Valideynlər övladlarını telefon asılılığından necə XİLAS etsinlər?

Hər uşağın əlində bir “TƏHLÜKƏ” – Valideynlər övladlarını telefon asılılığından necə XİLAS etsinlər?

Hazırda oxunan: Hər uşağın əlində bir “TƏHLÜKƏ” – Valideynlər övladlarını telefon asılılığından necə XİLAS etsinlər?

225069

İndi hər uşağın əlində telefon görmək mümkündür. Bu, zamanın tələbi olsa da, bəziləri istifadəni ifrat dərəcəyə çatdırır. Sözügedən durum valideynləri narahat etsə də, onlar əksər hallarda bunun qarşısını ala bilmirlər. Uşaqlar telefondan çox istifadə etdikləri üçün şəxsi inkişafa vaxt qalmır, heç buna maraqları da olmur. Çünki telefonla oynamaq daha əyləncəli gəlir və vaxt su kimi axır…

Son dönəmlər valideynlər müəllimlər uşaqların fokuslanma problemlərinin olmasından şikayətlənirlər. Ona görə, uzun mövzuları oxuya və çox tapşırıqları edə bilmirlər. Mütəxəssislər bunu sosial şəbəkələrdə olan qısa videolara çox baxmaqla əlaqələndirirlər.

Telefon gənclərin perspektivini necə limitləyir?

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bu barədə Bizim.Media-ya danışıb. O, telefonun insanda yaratdığı psixoloji problemlərə toxunub:

“Telefonların davamlı bildirişləri gənclərin diqqətini yayındırır, konsentrasiyanı çətinləşdirir və uzunmüddətli fokuslanma qabiliyyətini zəiflədir. Bu, dərs oxuma və ya hər hansı digər fəaliyyətlərdə məhsuldarlığı azaldır. Telefon asılılığı vaxt itkisinə səbəb olur. Sosial şəbəkələrdə, oyunlarda və ya lazımsız tətbiqlərdə sərf olunan vaxt peşəkar bacarıqların inkişafı üçün istifadə edilə biləcək zamandan alır.

Gənclər telefon vasitəsilə həddindən artıq məlumat istehlak etdikdə, öz yaradıcı fikirlərini inkişaf etdirmək üçün vaxt və məkan tapa bilmirlər. Uzun müddət telefona bağlı qalmaq yuxu pozuntularına, göz yorğunluğuna, hətta depressiya və narahatlıq kimi psixoloji problemlərə səbəb ola bilər”.

Valideynlər nə etməlidir?

Psixoloq, telefonun gənclərin inkişafında yaratdığı maneələri qaldırmaq üçün valideynlərin hansı tədbirləri görməli olmasından danışıb:

“Yaranmış problemlərin aradan qaldırılması fərdi yanaşma və mühitlə tənzimlənməlidir. Kəskin hal yaşanırsa, peşəkar dəstək alınmalıdır. Tövsiyyə olunan odur ki, telefonda sərf olunan vaxt izlənilməlidir və lazımsız istifadə azadılmalıdır. Diqqəti əsas işlərə yönəltmək üçün lazımsız bildirişlər söndürülməlidir. Fokuslanmanı gücləndirmək üçün mümkün olduqda, iş və ya dərs icra edilən yerdən telefon uzaqda saxlanılmalıdır.

Telefonla keçirilən vaxt kitab oxumaqla əvəzlənməlidir. Gənclər əlinə telefonu yox, kitabları daha çox götürməlidirlər. Gələcəklərini telefona yox, kitablara həvalə etməlidirlər. Yaxşı olar ki, övladlarını telefon asılılığından xilas etmək istəyən valideynlər əllərindəki telefonu yerə qoysunlar”.

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO