Spirtli içkilər əsəbləri SAKİTLƏŞDİRİR?

Spirtli içkilər əsəbləri SAKİTLƏŞDİRİR?

Hazırda oxunan: Spirtli içkilər əsəbləri SAKİTLƏŞDİRİR?

214408

Bir çox insanlar içkiyə xüsusi meyl edir. Bunu da onunla əsaslandırır ki, “stresi götürür”, “əsəbilərim sakitləşir”. Ancaq əksini düşünənlər də var. Onlar düşünürlər ki, içki asılılığından xilas ola bilməyənlər bu cür fikirlərlə zərərli vərdişlərinə haqq qazandırmaq istəyirlər.

Bəs, bununla bağlı tibb nə deyir? Doğrudanmı spirtli içki insanların əsəbini sakitləşdirir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan həkim Abbas Bağırov deyib ki, spirtli içkiyə meyillik alkoqolizm törədir:

“Alkoqolizm - ruhi sferanı, emosional vəziyyəti, insanın xasiyyətini dəyişən və şəxsiyyətini deqredasiyaya uğradan arzuolunmaz vəziyyətdir. Spirtli içkini əsəblərini sakitləşdirmək üçün qəbul edən insanlar düşünməlidirlər ki, bu fikirlə ciddi səhvə yol verirlər. Çünki spirtli içkinin qəbulu zamanı emosional sferada dəyişiklik yarandığına görə bəzi adamlarda sakitləşmək əvəzinə aqressivlik əmələ gəlir.

Yəni spirtli içki əsəb sistemini sakitləşdirmək əvəzinə, əksinə aqressiv reaksiyaları oyadır. Spirtli məhsulların ən sevdiyi toxuma beyin toxumasıdır. Onlar beyin toxumasında daha çox lokalizasiya olunurlar və beyin qabığı ilə qabıqaltı nüvələrin əlaqəsini kəsməklə hərəkət funksiyalarını, psixo-emosional vəziyyəti mənfi istiqamətdə dəyişirlər.

Spirtli içkilərin uzun müddət qəbulu şübhəsiz ki, qaraciyəri zədələməklə, onda gedən metobalik proseslərin istiqamətini pozur, qaraciyərdə fibroz dəyişikliklər əmələ gəlir. Beləliklə, qaraciyərdə geri dönüşü olmayan sirrotik proseslər başlayır. Eyni zamanda, böyrək filtiriasiyası pozulur.

Bunun da nəticəsində bədəndə əmələ gələn toksinlər ikinci-üçüncü xəstəliyin yaranması üçün zəmin yaradır.

Ona görə də spirtli içkilərin qəbulu zamanı müvəqqəti olaraq sinir sisteminin sakitləşdiyini düşünən insanlar bilməlidirlər ki, onun normadan artıq və davamlı istifadəsinin fəsadları daha böyükdür”.

Müsahibimiz onu da bildirib ki, spirtli içkinin qəbulundan 8-12, bəzən isə 24 saat keçməsindən sonra orqanizm daha ağır vəziyyətə düşür:

“Çünki bədəndəki toksinlərin miqdarı artır, qaraciyər qəbul olunmuş spirti neytrallaşdırmaq üçün sərf etdiyi enerjini uzun müddət bərpa edə bilmir. Bu halda isə toksinlər neytrallaşmaq əvəzinə daha da çoxalır xəstəliklərin - qan-damar sisteminin, ürək döyüntüsünün artmasına səbəb olur. Eyni zamanda qaraciyərdə mübadilə prosesləri yaxşı getmədiyinə görə damardaxili proseslər də pozulur, xolesterinin miqdarı, triqliseridlər artır. Bunlar da damar patologiyalarına, aterosklortik dəyişikliyə və damar funksiyasının pozulmasına səbəb olur. Bir sözlə, spirtli içkinin heç bir xeyri yoxdur”.

Surxay Atakişiyev, Bizim.Media
​​​​

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO