Hər 1000 kişiyə 1009 qadın – Bu fərq gələcəkdə hansı problemlərə SƏBƏB OLACAQ?

Hər 1000 kişiyə 1009 qadın – Bu fərq gələcəkdə hansı problemlərə SƏBƏB OLACAQ?

Hazırda oxunan: Hər 1000 kişiyə 1009 qadın – Bu fərq gələcəkdə hansı problemlərə SƏBƏB OLACAQ?

209095

Xəbər verdiyimiz kimi, 2024-cü ilin əvvəlindən ölkə əhalisinin sayı 19243 nəfər artıb. 2024-cü il iyul ayının 1-i əhalinin sayı 1.0200013 nəfərə çatıb. Əhalinin sayına əsasən qadınların sayı çoxluq təşkil edir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda orta hesabla hər 1000 kişiyə 1009 qadın düşür. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda hər 1000 kişiyə 1009 qadın DÜŞÜR - RƏSMİ


Beləliklə, ölkədə qadın sayı kişiyə nisbətdə daha çoxdur. 

Bəs bu gələcəkdə hansı problemlərin yaranmasına səbəb ola bilər?

Sosioloq Üzeyir Şəfiyev Bizim.Media-ya bildirib ki, qadınlarla kişilərin nisbətinin belə bir mənzərəsi əslində izah olunandır:

“Ona görə ki, Azərbaycan cəmiyyəti uzun müddət ənənəvi, patriarxal cəmiyyəti olub və burda köhnə sterotiplər hakim olub. Belə cəmiyyətlərin tənzimlənməsi əsasən normalar, qaydalar, sterotiplər əsasında formalaşıb. Belə bir streotip də olub ki, cəmiyyətdə daha çox oğlan uşaqları üstünlük təşkil etməlidir. Qız uşaqlarına daha çox problemli övlad kimi baxıblar. Hətta bizdə belə deyimlər də var, “qız yükü, duz yükü” və ya “oğlan düşmən çəpəridir”. Beləliklə də hətta ailənin idarə edilməsində oğlanlara üstünlük verilib. Həm də İslam dinində də bu belə qeydə alınıb. 

Hətta vərəsəlik hüququnun verilməsində də oğlana qıza nisbətən bir pay çox verilir.

Beləliklə də ənənəvi patriarxal cəmiyyətlərdə selektiv abort məsələsi buna görə üstünlük təşkil edir. Azərbaycan hətta bu günlərdə əhalisinin sayına görə dünya birincisi olan Çini belə selektiv abortlara görə üstələyir. Amma əslində Azərbaycanda abortlar və o cümlədən selektiv abortlarla mübarizə haqqında qanunvericilik bazası da var. Düzdür, bu baza daha çox qadınmərkəzli qanunlardır, uşaqmərkəzli deyil. Məsələn, biz “Mülkiyyət haqqında” qanuna baxanda görürük ki, uşağın ana bətnindəki yaşam hüququ tanınır, amma "Uşaq haqqında" qanunda sözügedən hüquq tanınmır. 

Çox yaxşı olar ki, uşağın ana bətnində yaşam hüququ tanınsın.

Necə ki, qardaş Türkiyə Respublikasında və bəzi ölkələrdə bu təcrübə var, bizdə də ola bilər. Bu qanun qəbul olunarsa, uşağın mərkəzi olmalıdır, nəinki ana və qadın mərkəzi. Eyni zamanda, çox yaxşı olar ki, maarifləndirmə işləri aparılsın. Sosial çarxlar, kütləvi informasiya vasitələri, sosial media vasitəsilə gənclər, yeniyetmələr arasında övladın oğlan və qız olmasının önəm kəsb etməməsi ilə bağlı təbliğat işləri aparılmalıdır. 

Təcrübə onu göstərir ki, qız övlad valideynə heç də az töhfə vermir

Yaxşı övlad baxımından hətta bəzən valideynlər üçün qız övlad daha faydalı hesab olunur. Yəni bununla bağlı həm təbliğat işləri, həm də qanunvericilik bazasını təkmilləşdirmək lazımdır. Selektiv abortlar bütövlükdə ölkənin təbii artımına ziyan verir. Belə ki, məsələn, bir ildə biz son statistikaya baxanda 76000 abort qeydə alınıb. 

Eyni zamanda valideynlərlə ailənin ağsaqqalları ağbirçəkləri ilə də hesab işləri aparılmalıdır 

Güman edirəm ki, bir neçə ildən sonra orta və uzaq perspektivdə Azərbaycanda ailə qurmaq üçün qız qıtlığı yaşana bilər və gənclərimizin məcbur olub xarici vətəndaşlarla evlənməyə üz tutarlar. Bu da şübhəsiz ki, genefon baxımından bir qədər təhlükəli bir vəziyyət yarada bilər. 
Yəni Azərbaycan ailəsinin əslində məzmununda, strukturunda daha da dəyişiklik ola bilər. Bunlar olmasın deyə, hesab edirəm ki, profilaktik tədbirlər görmək məqsədəuyğundur”.

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO