Zəngilan-Qubadlı seçki dairəsindən yeni namizəd Nigar Ələsgərova KİMDİR? – ARAŞDIRMA – FOTO

Zəngilan-Qubadlı seçki dairəsindən yeni namizəd Nigar Ələsgərova KİMDİR? – ARAŞDIRMA – FOTO

Hazırda oxunan: Zəngilan-Qubadlı seçki dairəsindən yeni namizəd Nigar Ələsgərova KİMDİR? – ARAŞDIRMA – FOTO

206949

Xəbər verdiyimiz kimi, sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. Mərkəzi Seçki Komissiyası tərəfindən 25 partiya üzvləri və bitərəf şəxslər də daxil olmaqla, 1030 nəfərin namizədliyi qeydə alınıb.

Bizim.Media namizədlər barədə araşdırmalarına davam edir.

Budəfəki araşdırmamız isə 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin namizədləri ilə bağlıdır. Namizədlər arasında Nigar Ələsgərovanın fəaliyyəti diqqəti daha çox cəlb edir.

Nigar Ələsgərova kimdir?

Bizim.Media 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən namizəd olan Nigar Ələsgərova ilə bağlı apardığı araşdırma nəticəsində əldə etdiyi məlumata görə Əslən Qubadlının Hal kəndindən olan Nigar Ələsgərova 23.09.1986-cı il tarixdə Sumqayıt şəhərində anadan olub, Gəncə şəhər Əhməd Cavad adına 2 №-li tam orta məktəbi fərqlənmə ilə bitirib.

N.Ələsgərova Gəncə Dövlət Universitetinin Tarix fakültəsini bitirib, İstanbul Universitetində isə “Biznesin təşkili və idarəedilməsi” üzrə magistr (MBA) dərəcəsinə yiyələnib. O, həmçinin, dünyanın nüfuzlu məktəblərindən olan London İdarəetmə İnstitutunda “Menecmentin əsasları” üzrə təkmilləşdirmə kursu keçib, gənclər siyasəti, liderlik, motivasiya, natiqlik, sahibkarlıq sahələri üzrə 100-ə yaxın yerli və beynəlxalq təlim, seminar və proqramda iştirak edib.

N.Ələsgərova 2009-cu ildən etibarən sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Bu müddət ərzində gənclərin, qadınların işlə təmin olunmasına dəstək verib.

Xüsusən də, həssas qruplar üçün təqaüd proqramları və müxtəlif sosial layihələr, xeyriyyə tədbirləri həyata keçirib.

İctimai sektorda da xüsusi fəallığı ilə seçilən Nigar Ələsgərova müxtəlif ictimai birliklərin idarəetməsində yaxından iştirak edib, dövlət qurumlarının ictimai şuralarında təmsil olunub, 2014-2019-cu illərdə Nizami rayon Bələdiyyəsinin üzvü kimi fəaliyyət göstərib.


2009-cu ildə YAP-ın sıralarına qəbul edilən N.Ələsgərova 2014-2022-ci illər ərzində Gəncə şəhəri YAP Qadınlar Şurasının sədr müavini olub.

Nigar Ələsgərova “Odlar Yurdu” Gənclər İctimai Birliyininin sədri vəzifəsini icra edərkən ölkə gənclərinin hərtərəfli inkişafına böyük töhfələr verən çoxsaylı layihələr həyata keçirib. Qarabağ həqiqətlərinə aid bir neçə sənədli filmin müəllifidir. Ölkənin ictimai, siyasi həyatında fəal iştirakı və səmərəli fəaliyyətinə görə dəfələrlə nüfuzlu mükafatlara layiq görülüb.

N.Ələsgərova 2020-ci ilin iyunundan həmtəsisçisi olduğu Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) İdarə Heyətinin sədridir. Fəaliyyəti dövründə bir sıra beynəlxalq təşkilatlar, türk dövlətləri və digər xarici ölkə səfirlikləri ilə sıx əməkdaşlıq şəraitində işləyib, cəmiyyətimizin xeyrinə olan layihələr reallaşdırıb. Bu müddətdə iş adamları və sahibkarlarla işin səmərəli təşkili, yeni iş yerlərinin açılması, əhalinin özünüməşğulluğunun təmin edilməsi məqsədi ilə uğurlu layihələr həyata keçirib.
 

O, “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində 200-ə yaxın məcburi köçkünün özünüməşğulluğunun təmin edilməsi və sahibkarlıq fəaliyyətinə cəlb olunması ilə bağlı 2 böyük layihəyə rəhbərlik edir.


N.Ələsgərova NATO-nun Brüsseldəki baş qərargahında, həmçinin müxtəlif ölkələrdə həyata keçirilən beynəlxalq proqramlar çərçivəsində ölkəmizi layiqincə təmsil edib, Heydər Əliyevin 100 illiyi münasibətilə xarici ölkələrdə “İş Dünyası – 100 İlin Zirvəsi” adlı 3 fərqli beynəlxalq layihəni həyata keçirib.

İngilis və rus dillərini bilir. Ailəlidir, üç övladı var.

Qeyd edək ki, Nigar Ələsgərova seçkilərə “Yenilik zamanıdır!” şüuarı ilə qatılıb.

Xatırladaq ki, İmamverdi İsmayılov I çağırış Milli Məclisə seçkilərdə 95 saylı Laçın-Zəngilan-Qubadlı, II çağırış seçkilərdə 86 saylı Zəngilan-Qubadlı, III, IV, V və VI çağırış seçkilərdə isə 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputat seçilib.


Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO