Soltan Məmmədov yüksək bal toplayan abituriyentlə görüşdü – FOTO

Soltan Məmmədov yüksək bal toplayan abituriyentlə görüşdü – FOTO

Hazırda oxunan: Soltan Məmmədov yüksək bal toplayan abituriyentlə görüşdü – FOTO

206899

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə 12 saylı Xəzər birinci seçki dairəsində bitərəf namizəd Soltan Məmmədov seçicilərlə görüşlərə davam edir. 

Bizim.Media xəbər verir ki, bu barədə namizəd deputat bu dəfə qəbul imtahanında yüksək nəticə göstərən abituriyent Fatimə Rza və ailəsinin qonağı olub. 

“Şağan qəsəbəsinin sakini Fatimə balamızın qonağı olduq, özü və ailəsini yaxından tanımağa çalışdıq. Fatimə Rza 645 ballıq yüksək nəticə göstərib, qarşıdakı günlərdə ali təhsilini almaq üçün universitet seçimi edəcək. Marağı ingilis dilinədir, ona görə də seçimi bu yöndədir.

Fatimənin ailəsi - həm atası, həm də anası sözün əsil mənasında təhsil vurğunudurlar. Atası Elxan müəllimin dediyinə görə, bu ənənə onlara böyüklərindən keçib. Fatimənin bacısı Utarida qardaş Türkiyədə tibb üzrə ali təhsil alır. O da bacısı kimi yüksək bal toplayaraq ali məktəbə daxil olub”, - deyə Soltan Məmmədov qeyd edib. 

O, təhsilin önəmini vurğulayaraq gənc abituriyentə uğurlar arzulayıb: 

“Təhsilli, elmli, gələcəyə dair belə aydın təsəvvür və planları olan övladlarımızı görmək çox xoşdur. Fatimənin nəticələri hamını, o cümlədən məni də çox sevindirdi. Balamızı gördükdən və tanış olduqdan sonra əminliklə deyə bilərəm ki, o, bu nailiyyəti ilə kifayətlənmək niyyətində deyil və daha böyük uğurlara imza atacaq. Bu işıqlı yolda Fatiməyə yeni nailiyyətlər arzu edirəm!”.

Qeyd edək ki, Soltan Məmmədov 1996-1997-ci illərdə Azərbaycan Dövlət Neft Şirkətinin Balaxanı Neft İdarəsində operator-nəzarətçi, 1997-2001-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzində mühəndis, şöbə rəisi, 2003-2005-ci illərdə Ümumdünya Səhiyyə Təşkilatında inzibati köməkçi işləyib. 

2005-2015-ci illərdə Rostropoviç-Vişnevskaya Fondunun Azərbaycandakı nümayəndəliyinin icraçı direktoru, 2015-2019-cu illərdə QİÇS, Vərəm və Malyariya Xəstəlikləri ilə Mübarizə üzrə Qlobal Fondun Maliyyə komitəsinin sədri (ictimai əsaslarla), Direktorlar Şurasının üzvü (ictimai əsaslarla) olub. 2015-2020-ci illərdə Heydər Əliyev Fondunun Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin aparıcı mütəxəssisi, müdiri, Beynəlxalq əlaqələr departamentinin rəisi vəzifələrində çalışıb. 

O, Milli Məclisin 14 saylı Xəzər seçki dairəsi üzrə VI çağırış deputatı olub. Texnika üzrə fəlsəfə doktorudur.  

S.Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin 6 may 2019-cu il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.  










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO