
- A-
- A
- A+
Cəmiyyət
20:36 / 15.08.2024
Salyanda minik avtomobili aşıb, 3 nəfər xəsarət alıb
Hazırda oxunan: Salyanda minik avtomobili aşıb, 3 nəfər xəsarət alıb
206852
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Salyanda yol-nəqliyyat hadisəsi zamanı 3 nəfər xəsarət alıb.
Bizim.Media report-a istinadən xəbər verir ki, hadisə rayonun Qarabağlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Hyundai” markalı minik avtomobili idarəetməni itirərək yolun kənarına aşıb və piyada, rayonun Qarabağlı kənd sakini, 1984-cü il təvəllüdlü Orucov Layiq Faiq oğlunu vurub.
Qəza nəticəsində piyada, avtomobildə olan rayonun Qarabağlı kənd sakinləri, 1979-cu il təvəllüdlü Mustafayev Rauf Zabil oğlu və onun qardaşı, 1981-ci il təvəllüdlü Mustafayev Zamin Zabil oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































