“İƏT Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışını dəstəkləyən ilk beynəlxalq təşkilatdır” - Əziz Ələkbərov

“İƏT Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışını dəstəkləyən ilk beynəlxalq təşkilatdır” - Əziz Ələkbərov

Hazırda oxunan: “İƏT Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışını dəstəkləyən ilk beynəlxalq təşkilatdır” - Əziz Ələkbərov

199024

"İslam Əməkdaşlıq Təşkilatının 4-5 may 2024-cü il tarixlərində Qambiyanın Bancul şəhərində keçirilmiş zirvə görüşündə təşkilatın üzvü olan 57 dövlət Ermənistandan zorla qovulmuş azərbaycanlıların taleyindən narahatlıq ifadə edib və onların öz doğma yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına dəstək ifadə ediblər".

Bizim.Media xəbər verir ki, bu fikirləri Qərbi Azərbaycan İcmasında Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş beynəlxalq konfransda Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərov deyib.

O bildirib ki, dövlət və hökumət başçıları Ermənistanda müsəlman mədəni irsinin təhqir edilməsini və dağıdılmasını sərt şəkildə qınayıblar:

"Bu qərarı ilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışına dəstək ifadə etmiş ilk beynəlxalq təşkilat oldu. Bu, şübhəsiz ki, haqq ədalətin bərqərar olunması yolunda tarixi nailiyyətdir".

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO