“Tələbə ali təhsil müəssisəsini bitirdiyi an onun bilik və bacarıqlarını ölçmək üçün təcrübə yoxdur. Bunu göstərən sənəd əlindəki diplomudur. Əgər o diplomun arxasında kifayət qədər bilik və bacarıq yoxdursa, bunun məsuliyyəti universitetin üzərindədir. İşəgötrürənlər də həmin məzunları işə götürmürlərsə, o universitetin reputasiyası yavaş-yavaş aşağı düşür”.
Bizim.Media xəbər verir ki, bunu “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova deyib. O, bildirib ki, məzunların bütün sahələr üzrə əmək bazarına hazırlığını ölçmək çətindir:
“Lakin fərqli sahələrə baxsaq, məsələn, müəllimlik ixtisası Elm və Təhsil Nazirliyi tərəfindən aparılan müəllimlərin işə qəbulu müsabiqəsi vasitəsilə ölçülə bilir.
Digər tərəfdən xaricdə təhsil alıb ölkəyə qayıtmış şəxslərin müəllimlik, mühəndislik və hüquqşünaslıq sahələri üzrə bacarıqları Təhsildə Keyfiyyət Təminatı Agentliyinin müraciəti əsasında Dövlət İmtahan Mərkəzi tərəfindən imtahanlar keçirilməklə tanınır. Həmçinin tibb ixtisası üzrə kvalifikasiyaların tanınması üçün Səhiyyə Nazirliyi tərəfindən imtahanlar keçirilir.
Bu kimi peşəkar mexanizmlər var. Eyni zamanda bizim akkreditasiya mexanizmlərimiz var və o tərəfdən də məsələyə baxılır. Məzunların rəyi dünyada seçilən bir amildir, reytinq sistemlərinin meyarlarında işəgötürənlərlə sorğu aparılması bəndi var”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:13 / 17.05.2024
“Tələbənin yetərincə bilik və bacarığı yoxdursa, məsuliyyəti universitetin üzərindədir” – Ülkər Səttarova
Hazırda oxunan: “Tələbənin yetərincə bilik və bacarığı yoxdursa, məsuliyyəti universitetin üzərindədir” – Ülkər Səttarova
Hazırda oxunan: “Tələbənin yetərincə bilik və bacarığı yoxdursa, məsuliyyəti universitetin üzərindədir” – Ülkər Səttarova
192549
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.