DİN-dən Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı AÇIQLAMA: Ölən var 

Hazırda oxunan: DİN-dən Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı AÇIQLAMA: Ölən var 

187556

Aprelin 17-də saat 07 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə Aytən Piriyevanın idarə etdiyi avtomobil toqquşub. 

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Aytən Səfərova ağır qəza keçirdi - ÖZƏL/VİDEO


Nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır. 

Qeyd edək ki, A.Səfərova Bizim.Media-ya açıqlamasında bildirib ki, qəza nəticəsində müxtəlif bədən xəsarətləri alıb. 

Hazırda müayinə üçün o, “Respublika Neyrocərrahiyyə Xəstəxanası”na yerləşdirilib. Aparıcı səhhətinin ağır olduğunu qeyd edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO