Şimal-Qərb bölgəsində daha 2 məktəbli maksimum nəticə göstərib - FOTO

Hazırda oxunan: Şimal-Qərb bölgəsində daha 2 məktəbli maksimum nəticə göstərib - FOTO

187503

Bu dəfə Qax rayon ümumtəhsil məktəblərində təhsil alan məktəblilər rekord nəticə ilə fərqlənib.

Bu barədə Bizim.Media-nın yerli bürosuna Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.

Martın 10-da keçirilmiş buraxılış imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki Qax şəhər 4 nömrəli tam orta məktəbin şagirdləri Humay Harunova və Ayşən Nəzirova 300 bal toplayıblar. 

Bununla da region üzrə maksimum nəticə göstərən şagirdlərin sayı ümumilikdə 8 nəfərə çatıb.

Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dilindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla, ümumilikdə 85 tapşırıq təqdim olunub. 
Bu mərhələdə fənlərin hər biri üzrə maksimum 100 bal olmaqla, ümumilikdə 300 bal toplanıla bilər.




Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO