Ermənilər məğlubiyyətinin qisasını Gəncədən almağa çalışıb – Türk Şurası - FOTOLAR

Ermənilər məğlubiyyətinin qisasını Gəncədən almağa çalışıb – Türk Şurası - FOTOLAR

Hazırda oxunan: Ermənilər məğlubiyyətinin qisasını Gəncədən almağa çalışıb – Türk Şurası - FOTOLAR

17515

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirləri Gəncədədirlər.

Bizim.Media xəbər verir ki, onlar Ermənistanın müharibə zamanı Gəncə şəhərində törətdiyi cinayətləri ilə yaxından tanış olmaq məqsədilə ilk olaraq oktyabrın 11-də Gəncədə erməni terroru nəticəsində çoxsaylı insanın öldüyü, yaralandığı və böyük dağıntıların yarandığı əraziyə gəliblər.
 

MÖVZU İLƏ BAĞLI:

Türk Şurasına üzv dövlətlərin nümayəndə heyətlərinin Gəncəyə səfəri başlayıb


Orada nümayəndə heyəti həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq erməni terroru nəticəsində dağıdılmış yaşayış binasının ətrafına gül dəstələri düzüblər.

Nümayəndə heyətinə bildirilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını və onların Əlavə Protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq, razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub.

Həmçinin qonaqlar düşmən tərəfindən Gəncə şəhərində törətilın növbəti, oktyabrın 17-də törədilmiş cinayətlə bağlı məlumatlandırılıblar.

Bildirilib ki, həmin gecə düşmənin Gəncəyə xain hücumu nəticəsində 13 nəfər həlak olub, 48-dən çox şəxs xəsarət alıb.

Qeyd olunub ki, əhalinin sıx yaşadığı ərazilərə “Toçka-U”, “Smerç”, “Skad” və digər raketlərlə gecə saatlarında hücumun həyata keçirilməsi çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədi daşıyıb. (report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO