Yerli istehsal olan mebellərə tələbat hansı səviyyədədir? – AÇIQLAMA 

Yerli istehsal olan mebellərə tələbat hansı səviyyədədir? – AÇIQLAMA 

Hazırda oxunan: Yerli istehsal olan mebellərə tələbat hansı səviyyədədir? – AÇIQLAMA 

172182

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2023-cü ilin yanvar-noyabr aylarında ölkəmizdə 249.8 milyon manat dəyərində mebel istehsal edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.7% çoxdur.

Bu artım nəyin hesabına baş verib?

Biz
im.Media-nın bu və digər suallarını cavablandıran iqtisadçı-ekspert Pərviz Heydərov bildirib ki, qeyri-neft sektorunda ölkəmizi irəli apara bilən sahələrdən ən mühümü mebel sənayesidir:

“Bu sahədə müasir fabriklərin və ya sexlərin fəaliyyət göstərməsi, hələ uzun illər əvvəl xammal və digər sahələrdə istehsal potensialının böyük olduğunu göstərir. Hazırda bu sahədə ölkədə idxal amilinə qarşı olaraq istehsal potensialımız kifayət qədər rəqabətyönümlüdür ki, bu da təqdirəlayiqdir və Azərbaycanda ixrac potensialının çox yüksək olduğunu göstərir”. 

Onun sözlərinə görə, əgər bir sahədə istehsal artırsa, deməli, tələbat var və bu, lazımi səviyyədə ödənilir:

“Ona görə də belə sahələrin daha da genişləndirilməsi, müasir texnologiyalarla təchiz olunması vacibdir. Əgər ehtiyac olarsa, dövlət tərəfindən müvafiq dəstək verilməlidir. Nəhayət, “Made in Azerbaijan” brendi ilə beynəlxalq bazarlarda yer tuta və özümüzü tanıda bilərik. Ölkədəki hazırkı vəziyyət göstərir ki, biz xarici məhsullarla rəqabət apara bilən istehsalla məşğul ola bilərik”. 

Bəs bu gün yerli mebel ixracı potensialımız hansı səviyyədədir?

Yerli istehsal olan mebellərin ixrac potensialının yüksək səviyyədə olduğunu deyən P.Heydərov vurğulayıb ki, xammal və lazım olan detalların idxalı bu potensialı bir qədər aşağı salır: 

“Eyni zamanda, ixrac üçün müvafiq bazarların tapılması və satışın təşkil olunması lazımdır. Məsələn, Şərqi Avropa ölkələri, Türkiyə, Rusiya və digər MDB məkanı ölkələri bizim üçün ən vacib bazarlardır. Bu istiqamətdə də sahibkarları dəstəkləmək və onların xarici bazarlara çıxmaları üçün təşviq etmək lazımdır. İlk növbədə isə gömrük rüsumları aşağı salınmalı və bəzi prosedurlar yumşaldılmalıdır”.

Rövşən Ziya, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO