Heydər Əliyev prospektində AĞIR QƏZA – Dağılmış divarın TƏMİRİNƏ BAŞLANDI - VİDEO

Heydər Əliyev prospektində AĞIR QƏZA – Dağılmış divarın TƏMİRİNƏ BAŞLANDI - VİDEO

Hazırda oxunan: Heydər Əliyev prospektində AĞIR QƏZA – Dağılmış divarın TƏMİRİNƏ BAŞLANDI - VİDEO

160769

Ötən gün axşam saatlarında Ələsgər Qayıbov küçəsi ilə Heydər Əliyev prospektinə doğru hərəkətdə olan yük maşını naməlum səbəblərdən idarəetmədən çıxaraq Heydər Əliyev prospektinin yan yolu ilə əsas yolu ayıran divara çırpılıb. Nəticədə divarın bir hissəsi deformasiyaya uğrayaraq dağılıb. 

Qəzadan sonra dərhal dağılmış divarın təmir işlərinə başlanıb. 

Bu barədə Bizim.Media-ya məlumat verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəflinin sözlərinə görə qəza ilə bağlı məlumat daxil olan kimi, əraziyə Agentliyinin əməkdaşları cəlb olunub:

“Artıq divarın bərpası istiqamətində ərazidə işlərə başlanılıb və əlavə təhlükəsizlik tədbirləri görülüb. Aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli  olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur”, - deyə Anar Nəcəfli qeyd edib.




Alçina Amilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO