Kürdəmirdə ağır QƏZA: Xəsarət alan var – FOTO  

Kürdəmirdə ağır QƏZA: Xəsarət alan var – FOTO  

Hazırda oxunan: Kürdəmirdə ağır QƏZA: Xəsarət alan var – FOTO  

160746

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alan var. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, “VAZ 2106” markalı avtomaşının sürücüsü 21 yaşlı Zülfüqarov Əsgər Rəzif oğlu Kürdəmir istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə yoldan çıxaraq yol kənarındakı beton lövhəyə çırpılıb. 

Hadisə zamanı sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Fakt araşdırılır. 






Bizim.Media, Aran bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO