XVIII əsrdə Şəki xanlığının hökmdarlarından biri olan Məhəmmədhüseyn xanın qalıqları Şəkidəki xan qəbiristanlığında yenidən dəfn edilib.
Bu barədə Bizim.Media-ya tədqiqatçı-tarixçi, jurnalist Aydın Məmmədov bildirib.
Bəs, xanın məzarı necə aşkarlanıb?
Xan məscidi
Bu tarixi abidə Xan məscidi adlanır və 1769-70-ci illərdə Şəki xanı Məhəmmədhüseyn xan tərəfindən inşa olunub. Məscidin şərq tərəfində Xan qəbiristanlığı da yerləşir. Ədəbiyyatşünas Salman Mümtazın yazdığına görə imamın namaz qıldığı minbərin altında Məhəmmədhüseyn xan dəfn edilib. Bununla əlaqədar olaraq Arxeologiya və Etnoqrafiya institunun arxeoloji ekspedisiyası məhz həmin yerdə tədqiqatlar aparıb.
Birinci Cümə məscidi 18-ci əsrdə inşa olunub. Memarlıq üslubuna görə fərqlənib. Dövrün möhtəşəm dini abidəsi olduğuna görə xalq arasında birinci cümə məscidi kimi tanınıb və bu gün də tanınır. Tarixi abidənin Məhəmmədhüseyn xan tərəfindən inşa etdirildiyi heç kimdə şübhə doğrmur. Belə ki, tarixi mənbələr və dövrün ədəbiyyatşünasları öz qeydlərində bu barədə yazıb.
Diqqəti cəlb edən digər məqam isə 1850-ci illərdə Şəkidə baş verən güclü yanğınlar səbəbindən Şəki bazarı, Cümə məscidi və məscid ətrafındakı evlərin yanğına məruz qalmasıdır. Yanğından sonra Mustafa ağanın atası Kərim ağa Şəkixanov məscidi bərpa edib.
Daş kitabələrdə rast gəlinməyən ad
Məscidin yaxınlığında Xan ailəsinə aid qəbiristanlıqdakı daş kitabələr oxunarkən orada Məhəmmədhüseyn xanın adına rast gəlinməyib. Tək bir mənbə, ədəbiyyatşünas Salman Mümtaz isə qeydlərində xanın qəbrinin mehrabın altında olunduğunu göstərib.
Tədqiqatçı jurnalist Aydın Məmmədov bildirir ki, Xanın qəbri ilə bağlı dəfələrlə müvafiq orqanlar qarşısında məsələ qaldırıb, tədqiqatının aparılması istiqamətində iş görülməsinin zəruriliyini bildirib. Nəhayət iki il əvvəl Dövlət Turizm Agentliyi məhz bu mənbəyə istinadla ərazidə kompleks tədqiqatların aparılmasına qərar verib. Əraziyə AMEA, Arxeologiya və Etnoqrafiya institutunun arxeoloqları cəlb edilib.
Məscid kompleksin bərpa və restavrasiyasını isə Heydər Əliyev Fondu həyata keçirib.
Salman Mümtazın yazdıqları doğru çıxdı
AMEA, Arxeologiya və Etnoqrafiya institutu Şəki ekspedisiyasının rəhbəri Zaur Həsənovun rəhbərliyi ilə ərazidə xeyli müddət araşdırma və tədqiqatlar aparılıb. Və nəhayət müsbət nəticələr əldə edilib. Deyilən mehrabın altından insan sümükləri aşkar edilib və həmin sümüklərin Xana məxsusluğu müəyyən olunmaq məqsədi ilə xarici ölkələrə ekspetiza nümunələri göndərilib.
Bir ilə yaxın davam edən tədqiqatlardan, xürici ekspetr və antropoloqların rəyindən sonra insan sümüklərinin doğrudan Məmmədhüseyn xanan məxsusluğu təsdiqini tapıb. Bununla da uzun illər gizli saxlanılan və mübahisələrlə dolu məqamlara aydınlıq gətirilib.
Xanın sümükləri yenidən dəfn edilib
Aydın Məmmədovun sözlərinə görə iki illik tədqiqat və araşdırmalardan sonra Məmmədhüseyn xanın nəşini bu yaxınlarda Xan qəbiristanlığında yenidən dəfn ediblər. Dəfn mərasimində Xan məscidinin imamı və onun köməkçisi, Cümə məscidindən üç din xadimi və digərləri iştirak edib. Rayon rəsmilərindən heç biri məclisdə iştirak etməyib.
Onun sözlərinə görə, məzarın üstünə dəfn olunanın şəxsiyyətini göstərən qəbir daşı belə qoyulmayıb.
"Dedilər ki, sonradan abidə qoyacaqlar. Ancaq iki il ərzində abidəni əvvəlcədən hazırlamaq mümkün idi", - araşdırmaçı qeyd edib.
O, Şəki xanının sümüklərinn bu formada yenidən dəfn edilməsini Şəki xanları sülaləsinin xatirəsinə, diyarın tarixinə hörmətsizlik hesab edir.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
11:30 / 03.08.2023
250 illik sirrin ÜSTÜ AÇILDI – Şəki xanının yeri bilinməyən məzarı necə TAPILDI? – FOTO
Hazırda oxunan: 250 illik sirrin ÜSTÜ AÇILDI – Şəki xanının yeri bilinməyən məzarı necə TAPILDI? – FOTO
Hazırda oxunan: 250 illik sirrin ÜSTÜ AÇILDI – Şəki xanının yeri bilinməyən məzarı necə TAPILDI? – FOTO
149130
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.