Qubad İbadoğlunun həyat yoldaşı saxlanılmayıb,
Bizim.Media xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı Anar Qafarov bildirib.
Qeyd olunub ki, iddialar əsassızdır.
*** 18:52
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu daxil olmuş müraciətlə əlaqədar vəkili Zibeydə Sadıqova ilə birgə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib.
Bu barədə Bizim.Media-ya DİN-in mətbuat xidmətinin əməkdaşı Anar Qafarov bildirib.
Onun sözlərinə görə, araşdırma aparılır. Əlavə məlumat veriləcək.
Bizim.Media