Magistrlara hərbi xidmətdən möhlət hüququ verildi

Magistrlara hərbi xidmətdən möhlət hüququ verildi

Hazırda oxunan: Magistrlara hərbi xidmətdən möhlət hüququ verildi

145202
Bu il Azərbaycanda ilk dəfə olaraq magistraturaya qəbul olaraq hərbi xidmətdən möhlət hüququ veriləcək gənclərin ilkin sayı məlum olub.xa0

Moderator.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-nın sorğusuna verilən cavabda bildirilib ki, bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə 4640 nəfər qəbul olub. Bildirilib xa0ki, onlardan 1622-si oğlan, 3018-i qız abituriyentlərdir.

Qeyd edək ki, prezident İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında”x9d Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”x9d qanunun qüvvəyə minməsi barədə sərəncam imzalayıb.xa0

Qüvvəyə minən yeni qanuna əsasən, bundan sonra Azərbaycanda əyani təhsil alma formasında magistraturada, doktoranturada, xarici ölkələrin təhsil müəssisələrində əyani təhsilalma formasında ali təhsil pilləsinin magistratura və doktorantura səviyyələrində də təhsil alanlara müvafiq təhsilini bitirənədək hərbi xidmətə çağırışdan möhlət veriləcək.xa0

Xatırladaq ki, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə xa0qəbul olunan bakalavrların qəbul olunduqları ali təhsil müəssisələrində qeydiyyatı 28 iyun ”“ 11 iyul tarixlərində aparılıb.xa0

Magistraturaya qəbul olunan 5359 bakalavrdan (o cümlədən “ADA”x9d Universitetinə və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olunan) 4640 nəfəri ali təhsil müəssisələrində qeydiyyatdan keçib. Boş qalan plan yerlərinə ixtisaslaşma seçimi isə 8-14 avqust tarixlərində aparılacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO