“AQTA restoranlardakı keyfiyyətsiz qidalara nəzarət edə bilmir” – Ekspertdən SƏRT TƏNQİD

“AQTA restoranlardakı keyfiyyətsiz qidalara nəzarət edə bilmir” – Ekspertdən SƏRT TƏNQİD

Hazırda oxunan: “AQTA restoranlardakı keyfiyyətsiz qidalara nəzarət edə bilmir” – Ekspertdən SƏRT TƏNQİD

145068

Özəl və xoş günlərimizi əmanət etdiyimiz restoran və şadlıq evləri, əmənətə niyə xəyanət edir? 

Bir çox restoran və şadlıq evlərində köhnə qidalar yenidən süfrəyə verilir. Mütləq ki, belə bir hal hər birimizin başına gəlib. Xüsusən də yay aylarında qidaların tez xarab olmağını nəzərə alsaq, bu çox böyük təhlükədir. Lakin bu cür halları sıradan bir vətəndaş aradan qaldıra bilmir.

Üz tutduğumuz hər hansı kafe və ya restoranda yediyimiz qidaların nə vaxt hazırlandığını bilə bilmərik. Ancaq təhlükəsizliyimizi özümüz qorumağımız üçün yediyimiz qidalara xüsusi fikir verməliyik.

Təbii ki, bu cür hallarla müvafiq qurumlar mübarizə aparmalıdır. Xoşagəlməz hallara daha çox şadlıq saraylarında rast gəlinir. Toy sahibləri və ya toya gələn qonaqlar menyuda xüsusi dad və ya qoxu gələn salat yaxud soyuq qəlyanaltılarla heç də az qarşılaşmırlar.

Bəs, bu halların qarşısını necə almalıdır?

“Azad İstehlakçılar” İctimayi Birliyinin (AİİB) sədri Eyyub Hüseynov Bizim.Media-ya açıqlamasında bildirib ki, restoran və şadlıq saraylarında köhnə qidaların verilməsi yeni xəbər deyil, əksər şadlıq sarayları bu hiyləyə əl atırlar:

“Ümumiyyətlə bəzi salatlar var ki, onların saxlanma müddəti cəmi 4-5 saatdır. Adətən şadlıq saraylarında verilən qidalara  nəzarət olunmadığından bu cür  proseslər  zəhərlənmə riski yaratmış olur.

Restoranlarda mərasimdən sonra qalan qidaların sonrakı taleyi, demək olar ki, heç kəsə məlum deyil. Bir çox hallarda salatlar təkrar süfrəyə verilir. Yaxud da növbəti zallara ötürülür. Qida Təhlükəsizliyi Agentliyi restoranlarda, şadlıq evləridə iş başlayan zaman onların iş vaxtı bitir. Buna görə də, heç bir nəzarət mexanizmi yoxdur. Əgər bir yerdə nəzarət mexanizmi yoxdursa, deməli orda hər şey baş verə bilər. Qida Təhlükəsizliyi Agentliyi qidanın təhlükəsizliyini yoxlayır. Lakin keyfiyyət məsələsi qalıb kənarda. Şərt o deyil ki qida təhlükəsiz olsun. Qida həm də keyfiyyətsiz ola bilər. Burada da artıq zəhərlənmədən danışmaq olar”.

Eyyub Hüseynov tövsiyə edir ki, hər bir vətəndaş belə hallarla üzləşdiyi zaman aidiyyəti qurumlara öz şikayətini bildirməlidir:

“İstehlakçı və yaxud toy sahibi şadlıq evində bu cür halları müşahidə edərsə, sübutlarla AQTA-ya zəng etməsini tövsiyə edirik. Lakin onu da sübut etmək asan məsələ deyil. Ona görə də, elə bir iş aparılmalıdır ki, keyfiyyət məsələsi nəzarətə götürlsün. Düşünürəm ki, Qida Təhlükəsizliyi Agentliyi bu işin öhdəsindən gələ, yəni keyfiyyət məsələsinə nəzarət edə bilmir”.
Sözügedən iddialarla bağlı AQTA-ya sorğu ünvanladıq. Qurumun mövqeyini dərc etməyə hazırıq.

Röyanə Oğuz, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO