Erməni terrorunun CANLI ŞAHİDİ – “Ata və oğulu öldürdülər, sürücünü isə...” – FOTO 

Hazırda oxunan: Erməni terrorunun CANLI ŞAHİDİ – “Ata və oğulu öldürdülər, sürücünü isə...” – FOTO 

140060

Ermənilərin dinc sakinlərə qarşı törətdiyi növbəti qanlı cinayətdən 32 il ötür. 

Qarabağ münaqişəsinin daha da alovlandırılmasına başlıca səbəblərdən biri də ilk illərdə dinc sakinlərə qarşı törədilən silahlı basqınlar olub. 

Himayədarları tərəfindən silahlandırılmış erməni quldur dəstələri 1992-ci ilə qədər qəfil basqınlar təşkil edərək kimisini öz evində, kimisini sərnişin avtobusu və ya şəxsi maşınında, kimisini də əkin sahələrində qətlə yetirərək qanlı cinayətlər, terror aktları törədiblər. 
Təbii ki, məqsəd qanlı müharibəyə, amansız işğal aktlarına gedən cığırları genişləndirib yola çevirmək idi. Həmin cinayətlərdən biri də Tərtər rayonunda həyata keçirilir. 


Şahidlərdən biri həmin günü belə xatırlayır: 

"1991-ci ilin iyun ayının 6-da Tərtər rayonunun ilk şəhidlərini verdiyi gündür. Belə ki, Həsənov Eyvaz və onun oğlu Həsənov Ələmdar Tərtər rayonunun Yuxarı Qaradağlı kəndi ərazisində Quliyev Ələkbərə məxsus "QAZ-53" markalı yük maşını ilə ot yığarkən erməni silahlıları tərəfindən pusquya salındı. Ələmdar təklüləli ov tüfəngi ilə son gülləsinə qədər erməni quldurlarına müqavimət göstərmişdi. Sonda ata və oğul çoxsaylı güllə yarasından şəhid oldular".

Sözügedən terror aktı baş verəndə Yuxarı Qaradağlı kənd sakini Zaur Hətəmovun 16 yaşı olub.

O da öz həmkəndliləri ilə birlikdə necə deyərlər haraya qaçanlardan olub. Həmin vaxt əraziyə gələn silahlı quldur dəstələri ərazidən geri çəkilib:

"Hadisə yerinə çatanda ata və oğulun çoxsaylı avtomat gülləsindən aldıqları xəsarətlər səbəbindən həlak olduğunu gördük. Sürücü isə möcüzə əsasında sağ qalmışdı. 8 güllə yarası alan 30 yaşlı Ələkbər möcüzə nəticəsində sağ qalmışdı. O da huşsuz vəziyyətdəydi. Bir təhər sürüyüb ərazidən çıxardıq. Mən ilk dəfə erməni vəhşiliyinə orada şahid oldum".


“Terror aktı zamanı yaralanan Ələkbər kişi hazırda sözügedən kənddə yaşayır. Əgər buna yaşamaq demək mümkünsə...” - kənd sakinləri belə deyir.

O aldığı ağır güllə yaralarının fəsadları, yaşadığı stresin nəticəsində xəstəlik tapıb. Həmçinin fiziki sağlamlığın itirib. 

Bu hal isə münaqişə baş verən ərazilərdə nə birinci, nə də sonuncu fakt deyil. Azərbaycanın tarixi ərazilərində məskunlaşan ermənilər həmişə düşmən mövqelərini qabarıq şəkildə özünü büruzə verir. 




Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO