Naxçıvanda yeni internat məktəbi TİKİLƏCƏK 

Hazırda oxunan: Naxçıvanda yeni internat məktəbi TİKİLƏCƏK 

139874

Naxçıvan Muxtar Respublikasında yeni internat məktəbi binası inşa olunacaq. 

Bizim.Media xəbər verir ki, bu, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda əks olunub. 

Proqram Prezident İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiqlənib. 

Sənəddə ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərinin əhatə dairəsinin genişləndirilməsi əsas hədəf kimi müəyyənləşdirilib və icra müddəti 2023-2027-ci illər üçün nəzərdə tutulub. 

Yeni internat məktəbi binasının inşası ilə bağlı layihə sənədlərinin hazırlanması Naxçıvanın Nazirlər Kabinetinə tapşırılıb. Digər icraçı qurum isə Elm və Təhsil Nazirliyidir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO