Növbədə işğalda olan kəndlərimizin qaytarılmasıdır

Növbədə işğalda olan kəndlərimizin qaytarılmasıdır

Hazırda oxunan: Növbədə işğalda olan kəndlərimizin qaytarılmasıdır

132917

Azərbaycanın Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qurması hamını və ilk növbədə İrəvanı təşvişə salıb. İndi bu məsələdə Ermənistan Azərbaycanla danışıqlarda alver edə bilməyəcək. Artıq separatçıların ordusu Qarabağda girov qalıb. Onların isə iki variantı var: ya həmin Laçın yolu ilə Ermənistana getmək, ya da Azərbaycan hakimiyyətinin mərhəmətinə təslim olmaq.

Bizim.Media xatırladır ki, Qarabağda sərhəd nəzarət-məntəqəsinin quraşdırılmasına bir neçə gün qalmış Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Azərbaycan isə keçid məntəqəsini ona görə yaradıb ki, Ermənistan sülh sazişini imzalamayıb, eyni zamanda Zəngəzur dəhlizini açmayıb.

Sərhəd məntəqəsinin qurulmasından sonra Qarabağ və İrəvanda yaşayan ermənilər, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni lobbisi, diaspor təşkilatları hay-küy salırlar ki, indi guya Qarabağda “erməni soyqırımı” baş tutur.
İrəvan Bakı ilə sülh sazişini imzalamamaqla yanaşı Üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirməkdən imtina edib. Orda əsas iki bənd var: qoşunlar Qarabağdan çıxarılsın, Zəngəzur dəhlizi açılsın. 

Bütün danışıqlarda Paşinyan və diplomatları bəyan ediblər ki, “dəhliz” sözü yalnız Laçın yoluna aiddir, Zəngəzur yolunda isə “koridor” sözü yoxdur. Erməni tərəfinin boşboğazlığı və Üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirməkdən imtina etməsi sonda keçid məntəqəsinin quraşdırılmasına səbəb olub. Ona görə də indi ermənilərin şikayət edəcəkləri heç nə qalmayıb.

Əgər regiondakı real vəziyyəti başa düşmürlərsə və öhdəliklərini yerinə yetirmirlərsə, deməli, bu, onların problemidir.

Erməni diplomatiyasının “fəaliyyəti” isə onları çıxılmaz vəziyyətə salır. Növbəti mərhələ ölkələr (Azərbaycan və Ermənistan) tərəfindən bir-birinin ərazi bütövlüyünün tanınması məsələsidir. Azərbaycan lazım bildiyi yerlərdə nəzarət-buraxılış məntəqələri qurduğuna görə indi söhbətin hansı ərazilərdən getdiyini müəyyən etmək lazımdır.

Nikol Paşinyan keçmiş Ermənistan SSR-nin sərhədlərindən danışır. Halbuki, Alma-Ata müqaviləsi imzalanan zaman Ermənistan artıq Qarabağa “birləşməni” tanımış, həm də müstəqillik aktını qəbul etmişdi ki, bu da Ermənistan və Qarabağın birləşdirilməsini nəzərdə tutur. Yəni, Alma-Ata Bəyannaməsi heç bir halda Ermənistan-Azərbaycan münaqişəsini həll etməyən sənəddir. Üstəlik, Nikol Paşinyan 28 min kvadrat kilometrdən danışır, amma indi Qazax rayonunun bir sıra azərbaycanlı kəndləri və Naxçıvanın Kərki kəndi Ermənistanın işğalı altındadır. Ermənistan tərəfinin bu məsələlərlə bağlı təklifi varmı? Var. Bu kəndləri nəzərə almadan sülh müqaviləsi bağlamaq istəyirlər.

Azərbaycan isə kəndlərindən imtina etmək fikrində deyil. Paşinyan Zəngəzur dəhlizinin açılması məsələsini gündəmdən çıxartdı və bu, Azərbaycanın Laçında nəzarət-buraxılış məntəqəsi qurmasına səbəb oldu. İndi gündəmdə aşağıdakı məsələlər var: Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması; kommunikasiyaların açılması; Ermənistanın işğal etdiyi kəndlərin Azərbaycana qaytarılması.
Brüsselin, Vaşinqtonun, Moskvanın Bakının hərəkətlərindən “narahat olması” İrəvanın xoşuna gəlir. Bəs bu “narahatlıq” Azərbaycanın hərəkətlərinə necə təsir edir? 44 günlük müharibə zamanı təsir etmədi, sonrakı illərdə təsir etmədi, keçid məntəqəsinin quraşdırılması prosesinə təsir göstərmədi və kəndlərin qaytarılmasına da təsir etməyəcək. Əgər bu, Ermənistanda başa düşülmürsə, deməli, bu, Azərbaycanın yox, yenə də onların problemidir.

Qərb (Avropa və ABŞ) üçün erməni məsələsi bağlanıb. Daha bir pis xəbər: Rusiya üçün də bağlıdır. Bütün Qarabağ məsələsi Azərbaycanın cilovlanmasına xidmət edirdi. İndi bu siyasət işləmir. Beynəlxalq münasibətlərdə baş verən dəyişikliklər və özünü təmin edən güclü tərəfdaşlara kəskin ehtiyac oyunun qaydalarını dəyişdi. Azərbaycan özünü təmin edən güclü dövlətə çevrildi onun mövqeyi qaydaları və geostrateji tarazlığı dəyişdi.

Bunu Brüsseldə, Vaşinqtonda və Moskvada yaxşı başa düşürlər. Ona görə də hər üç tərəf erməni məsələsinin həlli ilə bağlı Bakı ilə hesablaşmalı olacaq.

Avropa və ABŞ üçün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaya biləcək ölkə olmaqla yanaşı, Avropa ilə Asiya arasında mühüm tranzit ölkəyə çevrilə bilər. Rusiya üçün Azərbaycan İran və Hindistanla, eləcə də Yaxın Şərq ölkələri ilə əlaqə saxlayan mühüm quru yoludur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO