Əsrin bəlası olan XƏRÇƏNGDƏN qorunmağın YOLLARI

Əsrin bəlası olan XƏRÇƏNGDƏN qorunmağın YOLLARI

Hazırda oxunan: Əsrin bəlası olan XƏRÇƏNGDƏN qorunmağın YOLLARI

128906

Xərçəng xəstəliyi dünyada ürək-damar xəstəliklərindən sonra ikinci ən çox ölüm səbəbidir. Dünyada hər 6 ölümdən birinin səbəbi xərçəngdir.

Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin açıqlamalarına görə, hər il dünyada təxminən 19,5 milyon insana xərçəng diaqnozu qoyulur. Hər il təxminən 10 milyon insan bu xəstəlikdən ölür. 

Bəs, Azərbaycanda vəziyyət necədir?

Hazırda ölkəmizdə ilk dəfə qoyulmuş diaqnozla qeydə alınan xəstələrin sayı ildən-ilə artır. Əgər 2010-cu ildə bu rəqəm 7626 idisə, 2021-ci ilin sonuna artıq 13 min 644 nəfərə çatıb.

Tibb müəssisələrində bu xəstəliklə qeydiyyatda olan xəstələrin sayı 2010-cu ildə 28052, 2021-ci ildə isə 58948 nəfər olub. 

Ümumiyyətlə, kişilərdə və qadınlarda xərçəngin tezliyi fərqlidir. Dəri xərçəngi həm kişilərdə, həm də qadınlarda ən çox rast gəlinən növdür. Bunun ardınca kişilərdə ağciyər, prostat, yoğun bağırsaq, düz bağırsaq, mədə və mədəaltı vəzi xərçənglərinə tez-tez rast gəlinir.
Qadınlarda isə döş, ağciyər, yoğun bağırsaq, düz bağırsaq, uşaqlıq boynu, yumurtalıq, mədə və mədəaltı vəzi xərçəngləri daha çox müşahidə olunur.

Azərbaycanda insanlar daha çox mədə, süd vəzi, ağciyər, qida borusu və s. xərçəng növlərindən əziyyət çəkir.

Bəs, xərçəngdən qorunmağın yolları hansılardır?

Mütəxəssislər xərçəngin qarşısını almaq üçün riski artıran ətraf mühit faktorlarından, xüsusilə tütün və spirtdən uzaq olmağın vacibliyini vurğulayır. Həmçinin mütəmadi olaraq idman etmək, tərəvəz və meyvələrlə zəngin sağlam qidalanma, uzun müddət günəş şüalarına məruz qalmamaq lazımdır.

Xəstəliyin qarşısını almaq üçün çəkini nəzarət altında saxlamaq və kifayət qədər yatmaq vacibdir. Digər qorunma yolu, hepatit və HİV-ə qarşı peyvənd ounmaqla müntəzəm olaraq xərçəng müayinəsindən keçməkdir. 

Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi xəstəliyin erkən diaqnozunun bu nöqtədə böyük əhəmiyyət kəsb etdiyini, xəstəliyin qarşısını almaq üçün mütəmadi olaraq müayinələrdən keçməyin şərt olduğunu açıqlayıb.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO