Bu gün 8 Mart Beynəlxalq Qadınlar Günüdür və tarixini 1857-ci ildən götürür. 8 mart 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan 40 min qadın aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda, pis iş şəraitinə etiraz olaraq tətilə başlayıb. Polis bu tətilə sərt cavab verib: fabrikdə kilidli qalan 129 fəhlə qadın çıxan yanğında həyatını itirib.
Bu gün bütün dünyada Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 1977-ci ilin 16 dekabrında 8 martın Beynəlxalq Qadınlar Günü kimi keçirilməsinin qəbul və təsdiqindən sonra öz yerini qazandı.
Beləliklə, qadınların kütləvi şəkildə savadlanması, müəyyən hüquqlara malik olması bu tarixdən başlandı.
Hərdən sosioloqlar belə bir sual qoyur ki, əgər 8 mart Beynəlxalq Qadınlar Günü kimi qeyd edilməsəydi nə baş verərdi? Çox maraqlı cavablar var. “Bizimçün qadın olan hər gün bayramdır”, “Bütün gün qadınlarındır” və s. Amma sosioloqlar belə düşünür ki, əgər 8 martı qadınlar üçün bayram günü kimi ayırmasaydılar, onda onlar 8 martı və onun qeyd olunmasına nail olduqları günü də “qadınlar günü” kimi qeyd edəcəkdilər. Təbii bu bir sosioloji sorğuların və qənaətlərin gəlindiyi zaman yaranan bir zarafatdır. Əsas odur ki, qadınlarımızın hər günü gözəl olsun və üzləri gülsün!
Bəs, 8 martda dünyada daha hansı hadisələr baş verib?
1. E.ə. 480-ci ildə Yəhudilərin Babil əsarətindən qurtulmasından sonra arzu edənlərin Qüdsə qayıtmasına icazə verilib.
2. 1906-cı ilin 8 martında ABŞ-da Moro Krateri qətliamı baş verdi.Bu qətliamda Ameriaklı əsgərlər Moro kraterində gizlənmiş, aralarında qadın və uşaqların da olduğu 600 müsəlman filippinlini qətl edib.
3. 8 mart 1942-ci ildə İkinci dünya müharibəsində Hollandiya Yava adasında Yaponlara təslim olub.
4. 1952-ci ilin bu günündə dünyada ilk süni ürək əməliyyatı aparılıb.
5. 8 mart 1955-ci ildə Türkiyənin ilk xərçənglə mübarizə dispanseri açıldı.
6. 1957-ci ilin 8 martında Misir Süveyş kanalının yenidən açılışını edib.
8 martda həm də bu tarixi şəxsiyyətlər xatırlanır
1. 1403-cü ilin bu günü Osmanlı sultanı Yıldırım Bəyazid həyatdan köçüb. Bəyazidin başçılıq etdiyi osmanlı qoşunları Balkan yarımadası və Anadolu ərazisinin xeyli hissəsini ələ keçirib, səlibçilərin ən güclü ordularını dağıdıb. Lakin 1402-ci ildə Əmir Teymurla döyüşdə Yıldırım Bəyazid məğlub olub və əsir düşüb. Osmanlı sultanı 1403-cü ilin 8 martında əsirlikdə 43 yaşında vəfat edib. (1360-1403)
2. 1944-cü ilin bu günü yumoristik əsərlərin müəllifi, tanınmış Türkiyə yazıçısı və jurnalisti Hüseyn Rahmi Gürpınar dünyasını dəyişib.
3. 8 mart Azərbaycan yazıçısı və kinossenaristi Həsən Seyidbəylinin xatirə günüdür. 20-dən çox kitabın, o cümlədən, İmran Qasımovla qəhrəman Mehdi Hüseynzadə haqqında yazdığı “Uzaq sahillərdə” romanının həmmüəllifi, “Telefonçu qız”, “Uzaq sahillərdə”, “Nəsimi” və digər məhşur Azərbaycan filmlərinin rejissorudur. (1920-1980)
4. Azərbaycan teatr və kino aktyoru, Xalq artisti Ağadadaş Qurbanov 8 mart 1911-ci ildə anadan olub.
5. 8 mart 1948-ci tapdığı bir dəri xəstəliyi ilə dünya tibb tarixinə "Behcət xəstəliyi”nin müəllifi kimi daxil olan türkiyəli, dəri və zöhrəvi xəstəliklər üzrə akademik və professor Hulusi Behcət İstanbulda həyatını itirib.
6. Tarzən, Azərbaycanın xalq artisti Ceyran Haşımova 8 mart 1934-cü ildə dünyaya göz açıb.
7. Azərbaycanın Xalq artisti. Aktrisa Nübar Novruzova 1958-ci ilin məhz bu günündə doğulub.
8. Azərbaycanlı aktyor, Xalq artisti Əliabbas Qədirov 8 mart 2006-cı ildə dünyasını dəyişib.
9. 8 mart 2011-ci ildə Ermənistan Silahlı Qüvvələrinin snayperi tərəfindən 8 yaşlı azərbaycanlı uşaq- Fariz Bədəlov qətlə yetirilib.
Surxay Atakişiyev, Bizim.Media