Ən varlı türklər arasında azərbaycanlı iş adamının da adı var

Ən varlı türklər arasında azərbaycanlı iş adamının da adı var

Hazırda oxunan: Ən varlı türklər arasında azərbaycanlı iş adamının da adı var

124204
"Forbes" dünyanın ən varlı türklərinin adını açıqlayıb. 

Moderator.az saytı ans-ə istinadən məlumat verir ki, bu il 10-cu dəfə hazırlanan siyahıda 100 nəfərin adı var. İş adamlarının sərvətinin ümumi həcmi 100 milyard dollardan çoxdur. Siyahıda 18 yeni milyonçunun adı var.

Ötən il olan ən varlı qadınların sayı 7 olsa da bu il bu rəqəm 5-ə düşüb.   Siyahının birinci pilləsində Murat Ülker qərarlaşıb. Onun ümumi sərvəti 4,4 milyard dollardır. 56 yaşlı iş adamının 3 övladı var. O, ötən il də "Forbes"in siyahısında lider idi.

İkinci sırada isə Hüsnü Özyeğinin adı gəlir. Onun sərvəti 2,7 milyard dollardır. 70 yaşlı iş adamı 2007-ci ildən bu yana siyahıların ilk üçlüyündə yer alır.

İlk üçlüyü qadın iş adamı qapayır. Semahat Sevim Arselin 2,6 milyard dollar sərvəti var. Onun 86 yaşı var.  

Siyahıda Azərbaycandan olan iş adamının da adı var. Söhbət Mübariz Mənsimovdan (Qurbanoğlu) gedir. O, 20-ci pillədə qərarlaşıb.

"Palmali" şirkətlər qrupunun qurucusunun sərvəti 1,3 milyard dollar qiymətləndirilir. Bakıda doğulan 47 yaşlı iş adamının 3 övladı var.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO